Rüfət Quliyev: Tütünçülüyün inkişafı yeni mərhələyə qədəm qoyur

Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişafının sürətlənməsinə xidmət edəcək. Bunu Trend-ə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək: “Sektor qarşısında 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq məqsədi qoyulub. Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, tütünü ixrac etməyə də imkan verəcək”.

Deputat qeyd edib ki, dövlət proqramında bu sahənin inkişafı üçün bütün amillər --  toxumların keyfiyyətinə nəzarət və fitosanitariya məsələləri nəzərə alınıb: "Bu onu göstərir ki, dövlət tütünçülüyün inkişafı üçün hər cür şəraitin yaradılmasına və dəstək göstərməyə hazırdır. Burada həmçinin, tütün sənayesinin inkişafının sosial aspektləri də vacibdir. Bu gün daxili istehsal tələbatın 16-17 faizini təmin etmək gücündədir. Dövlət proqramının icrası
isə bu göstəricini 60-65 faiz, bəlkə də
70 faizədək artıra bilər”.

R.Quliyev əlavə edib ki, tütünün yetişdirilməsi üçün daha əlverişli ərazilər Azərbaycanın şimal-qərb rayonlarıdır: “Bu rayonlarda tütünçülüyün inkişafı üçün əlverişli iqlim şərtləri var. Bundan başqa, bu rayonlarda fermerlərin tütünçülük sahəsində müəyyən təcrübələri var. Bu sahənin inkişafı və məhsulun keyfiyyətinin artırılması üçün xarici mütəxəssislərə də ehtiyac var”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında