Ermənilərin yaraladığı 13 yaşlı Raminin atası: Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?

Xəbər verdiyimiz kimi, avqustun 7-də Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Nəticədə kənd sakini 13 yaşlı Yusifov Ramin Sabir oğlu yaralanıb.

Raminin atası Sabir Yusifov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramin ayağından yaralandı. Sağ olsun həkimlərimiz oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.

O qeyd edib ki, erməni hərbçiləri dinc sakinləri, xüsusilə uşaqları hədəfə alırlar: “Onların məqsədi bizi doğma torpağımızdan didərgin etməkdir. Ancaq onlar bu mənfur məqsədlərinə çatmayacaqlar. Çünki bizi Azərbaycan Ordusu qoruyur. Onlar Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkindikləri üçün, kəndi atəşə tuturlar. Lakin ordumuz cavablarını layiqincə verir”,  - deyə Raminin atası bildirib.

Ermənilərin atəşkəsi tez-tez pozması kənd sakinlərinin təsərrüfat işlərini görmələrinə də mane olur. Hətta sakinlərin evlərinə, mal-qaralarına da ziyan dəyir. Sabir Yusifov beynəlxalq təşkilatları buna göz yummamağa çağırıb. “Bir ay əvvəl, iyulun 4-də ermənilər Füzuli rayonunun Alxanlı kəndini də ağır silahlardan məqsədli şəkildə atəşə tutmuşdu. Nəticədə 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişdi. Digər sakin, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. Bu dəfə isə mənim oğlum hədəf oldu. Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”, - deyə Sabir Yusifov haqlı iradını bildirib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında