Rasim Musabəyov: Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi

Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Rusiya, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edir. Məhz ikitərəfli və digər məsələlərin müzakirəsi, regionda mövcud olan mürəkkəb problemlərin həlli yollarının axtarılması baxımından Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü böyük əhəmiyyətə malikdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov səsləndirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət başçılarının görüşləri çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəməyən, bu əlaqələrə kölgə salmaq niyyətində olan bəzi qüvvələr də var. Ancaq Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü sübut etdi ki, həmin qüvvələrin niyyətləri puç və mənasızdır”, - deyə deputat vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İstanbulda qardaş Türkiyənin Prezidenti, ABŞ-ın dövlət katibi, bundan sonra isə Rusiya Prezidenti ilə görüşdü. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olundu. Bu barədə danışan Rasim Musabəyov əmin olduğunu bildirib ki, münaqişənin həlli ilə bağlı yaxın zamanlarda irəliləyişlərə nail olunacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında