“Mən həmişə inanmışam, həyat möcüzələrlə doludur”

Bu sözləri son günlər mənzil sevinci yaşayan jurnalistlərdən biri, “Bakı xəbər” qəzetinin müxbiri İradə Sarıyeva dedi. Sevincindən gözləri parlayan, danışanda qəhərlənən, uçmağa qanad axtaran İradənin sevinci başadüşülən idi: illərin kirayə əzabından qurtarırdı. O, sevincini bizimlə bölüşdü:

– Yatsam, heç yuxuma da girməzdi ki, günlərin birində ev-eşiyim, illərlə arzuladığım isti yuvam olacaq. Mən həmişə inanmışam ki, həyat möcüzələrlə doludur. Və ona da inanırdım ki, bu möcüzələri yaradan Allah onu reallaşdıranları da Yer üzünə göndərib. Mənim xəyallarımın çiçəklənməsi, həqiqətə dönüşü baş verdi.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev məni ev-eşik sahibi etdi. Eşidəndə ki, yaşadığım ölkənin rəhbəri, ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentin jurnalistlərə hədiyyə etdiyi ev alanlar siyahısında mənim da adım var, sevincimdən göz yaşlarımı saxlaya bilmədim. “Şükür sənə, İlahi”, – dedim. – Nəhayət arzularıma qovuşdum, mənim də evim oldu. Evə gedib oğlumu bağrıma basdım, daha sənin “ana, biz yenə başqa evə köçürük?” sualını eşitməyəcəm, mənim balam, –dedim. Biz sonuncu dəfə köçəcəyik və o ev sənin olacaq. Cənab Prezident bizə ev verib, daha sənin öz mənzilin olacaq”. 7 yaşlı oğlum boynumu qucaqlayıb ağladı. Mən onun nə səbəbə ağladığını bilmədim, amma mənə elə gəldi ki, sevincindən ağlayır.

Məni tanıyanlar uzun illərdən bəri kirayələrdə yaşadığımı da bilirlər. Oğlum da kirayə evdə dünyaya gəlib, ayaq açıb yeriyib. Hər dəfə “ana, bəs bizim nə vaxt öz evimiz olacaq”- deyə mənə suallar verib. Hər dəfə “Allah böyükdür, oğlum, bir gün bizim də evimiz olar”,– demişəm.

Bu günə ömrümün sonunadək şükür etsəm, yenə azdr. Göydə Allah, yerdə cənab Prezident məni kirayə axtarmaqdan, gündə bir ev dəyişmək əzabından xilas etdi. Bu sevinci mənə yaşatdığına, oğluma ümid verdiyinə, onun körpə ürəyinə sevinc bəxş etdiyinə görə əziz Prezidentimə sonsuz təşəkkürümü bildirirəm. Cənab Prezidentin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi siyasət digər ev alan həmkarlarım kimi mənim də xilasım oldu. Bu, olduqca böyük işdir. Ölkə başçısı bizə ev verməsəydi, yenə də kirayələrdə yaşamağa məhkum idik. Bilirsiz ki, sadə bir jurnalistin ev alması olduqca çətin bir işdir.

Dövlət başçımız iyulun 20-də mənzil alan jurnalistlərlə görüşdü, bizə xeyir-dua verdi. Sevinirəm ki, biz onun xeyir-duası ilə öz mənzilimizdə ömür sürəcəyik, yaradıcılıqla məşğul olacağıq, Vətənə, dövlətə layiq övladlar tərbiyə edəcəyik.

Ailəm adından, sevincimə şərik olan yaxınlarım adından humanist, xeyirxah, mərhəmətli rəhbərimiz İlham Əliyevə sonsuz təşəkkür edirəm, “Allah sizi qorusun, ailənizi qorusun, Azərbaycanın inkişafı yolunda gördüyünüz işlərdə sizə yardımçı olsun, cənab Prezident!” – deyirəm!

 P.S. İradə Sarıyeva bu şəkli yeni binanın ­qarşısında çəkdirib, mənzilinin sevincini yaşayır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında