Hikmət Babaoğlu: Prezidentlərin Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir

Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri və iki prezident arasında baş tutan yüksək səviyyəli görüş hazırkı mürəkkəb beynəlxalq şərtlərdə ölkələrimizin bir-biri üçün nə qədər strateji əhəmiyyətə malik olmasının göstəricisidir. Dövlət başçılarının Soçi görüşü həm də Azərbaycan və Rusiya arasında xalqlarımızın və dövlətlərimizin iradəsini əks etdirən münasibətlərin sağlam məcrada inkişafını bir daha təsdiqləyir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, iki ölkənin strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlığı Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış etməklə yanaşı, həm də regionda iqtisadi, mədəni, siyasi və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Hazırda iqtisadi-siyasi həyatımızın bütün sektorlarında ən müxtəlif səviyyələrdə ciddi inteqrativ meyillər müşahidə edilməkdədir. Eyni zamanda, Rusiya və Azərbaycan çox böyük qlobal və regional layihələrin həyata keçirilməsi istiqamətində birgə addımlar atırlar. Bu layihələr nəqliyyat, kommunikasiya sahəsindən tutmuş enerji məsələlərinə qədər geniş bir dairəni əhatə edir. Onların reallaşması isə regionun bütün xalqlarına yeni iqtisadi perspektivlər vəd edir.

“Məhz buna və digər faktorlara görədir ki, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədilə guya son dövrlərdə iki ölkə arasında münasibətlərin lazımi səviyyədə olmadığı barədə rəy formalaşdırmağa çalışırdılar. Belələri Rusiya-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşanlar, onun yüksək səviyyədə olmasını istəməyən qüvvələrdir. Soçi görüşü bu cür siyasi manipulyasiyalara son qoydu. Rusiya və Azərbaycan prezidentlərinin görüşü zamanı qlobal siyasi proseslərdən başlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinədək çox mühüm məsələlər dostcasına müzakirə edildi, iki ölkə arasında bundan sonra da münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Düşünürəm ki, bu görüş əslində Rusiya-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini təsdiqləməklə, əməkdaşlığın çox böyük perspektivlərinin olmasına işarədir”,- deyə Hikmət Babaoğlu vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında