Soçi görüşü Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın geniş perspektivindən xəbər verir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında iyulun 21-də Soçidə keçirilən görüş gələcəyə yönəlmiş  addımdır və ölkələrimiz arasında strateji əməkdaşlığın geniş perspektivindən xəbər verir. Rusiya dünyada siyasi prosesləri istiqamətləndirən dövlətlərdən biridir və Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdə yaxın tərəfdaşı və qonşusudur. Dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsi həm ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edir, xalqlarımızın siyasi iradəsindən qaynaqlanır. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

“Bu görüşü bir neçə tərəfdən təhlil etmək mümkündür. Əvvəla, bu görüş bir daha Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə nəzər salsaq görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bu münasibətlərin gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər. Bu münasibətlərin uğurlu tarixi keçmişi olduğu kimi, gələcək planlarla bağlı da sistemli yanaşma mövcuddur. İkincisi, görüş regionda məsələlərə birbaşa təsir göstərə biləcək dövlətin Azərbaycan olduğunu bir daha nümayiş etdirdi. Prezidentlər bir sıra məsələlərlə yanaşı, Azərbaycan üçün olduqca mühüm əhəmiyyət daşıyan Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdilər. Faktiki olaraq öz siyasi müstəqilliyini itirmiş dövlət olan Ermənistan üçün bu, olduqca ciddi bir mesajdır. Əgər biz dövlət başçılarının nitqlərinə diqqət yetirsək, bir daha görərik ki, burada söhbət yalnız bərabərhüquqlu münasibətlərdən gedir. Bu münasibətlər siyasi, iqtisadi, humanitar, hərbi sahələr kimi çox geniş istiqamətləri əhatə edir. Üçüncü əhəmiyyətli məqam isə odur ki, bu görüş Azərbaycan və Rusiya arasındakı münasibətlərdən narahat olan və ona kölgə salmağa çalışan qüvvələrin cəhdlərinin puç və mənasız olduğunu ortaya qoydu”, - deyə Şahin İsmayılov vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər adi münasibət deyil və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu dövlət başçılarının çıxışlarından da aydın görmək mümkündür. Ən əsası isə prezidentlərin bu münasibətlərin daha da inkişafı üçün ciddi planları var. Bu  planlar hər iki dövlətin strateji maraqlarına və xalqların həyat səviyyəsinin yüksəlməsinə yönəlib. Daha bir mühüm amil prezidentlər arasındakı şəxsi dostluq və səmimi münasibətlərdir. Bu, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın inkişafına güclü impuls verir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında