Söz adamlarına verilən misilsiz dəyər

Böyük şəhərlərdə şəxsi mənzil əldə etmək həmişə çətin olub. Bu ağırlığı hamıdan artıq yaşayanlar isə ziyalılardır. Ötən əsrin 80-ci illərində ixtisas təhsili alıb fəaliyyətə başlayan mənim kimi gənclərin aqibəti isə daha ağır oldu. SSRİ dağıldı, Ermənistan ərazilərimizə silahlı təzavüz etdi, vətəndaşlarının mənzil təminatını öz üzərinə götürən sosializm cəmiyyəti süqut etdi.

Belə bir vaxtda mənim kimi minlərlə gəncin də nə vaxtsa şəxsi mənzil sahibi olması ümidi puç oldu. Adi dolanışığa zorla çatan jurnalist qazancı ilə nəinki ev almaq, hətta kirayə haqqını ödəmək illərlə çox çətin oldu. Məni daha çox ağrıdan isə Şuşadan məcburi köçkünə çevrilmiş ata-anamı darısqal mənzilimdə yerləşdirə və qulluqlarında dayana bilməməyim oldu. Onlar isə kiçik bir pansionat otağında yaşayıb dünyalarını dəyişdilər. İllər keçdikcə qızım və oğlum da böyüyüb ailə qurmaq yaşına çatdılar. Baş redaktoru olduğum “Günəş” uşaq jurnalı isə nəinki heç bir qazanc vermir, əksinə, dövlətin yardımı ilə fəaliyyətini davam etdirməkdədir.

Belə bir vaxtda mənim kimi yüzlərlə jurnalistin çıxılmaz vəziyyətinə həssaslıqla yanaşan dövlət başçısı İlham Əliyev onlar üçün çoxmənzilli binalar tikilməsinə qərar verdi. Birinci binadan mənzil alan həmkarlarımızın rahatlığa qovuşması yerdə qalan evsiz jurnalistlərdə də gerçək ümid yaratdı. Bugünlərdə istifadəyə verilən binanın mənzillərinin bölüşdürülməsi zamanı mənim də müraciətimin nəzərə alınması 40 ildən artıq bir dövrdə darısqal otaqlarda yaşayan 65 yaşlı qələm sahibinin əzab-əziyyətlərinə son qoydu. Mənzillərin obyektivliklə bölüşdürülməsi mənim kimi 255 evsiz jurnalistin ailəsinə nicat gətirdi.

Ev hamıya lazımdır, jurnalistin isə ona ikiqat artıq ehtiyacı var. Yaradıcı insan kimi biz işimizin bir hissəsini də evdə görməli oluruq. Mən minlərlə yazımın, onlarla kitabımın, nəşr etdirdiyim bir sıra kitabların çoxunu işdən sonra, gecələr uşaqlarımım gözünə işıq düşə-düşə yazmışam. İndi ölkə Prezidentinin hədiyyə etdiyi ikiotaqlı mənzildə rahat yaşamaq, yazıb-yaratmaq imkanı əldə etmişəm. Bu böyük humanizmə görə cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Binanın tikilməsində və bölüşdürülməsində zəhməti olanlara da təşəkkür edirəm. Bütün bunların əvəzini xalqımıza sözlə xidmətimi bir az da artırmaqla qaytarmağa çalışacağam.

Vasif QULİYEV,
“Günəş” jurnalının baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında