Prezidentimiz biz jurnalistlərə dünya boyda sevinc bəxş etdi

Milli Mətbuat Günü münasibətilə bu il iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimi keçirildi. Mərasimdə dövlətimizin başçısının iştirakı və tarixi çıxışı jurnalistlərin qəlbində sonsuz sevinc və qürur hissləri doğurdu. Yaşadığımız bu tarixi gün biz jurnalistlərin həyatında və taleyində daim xoşbəxt bir gün kimi qalacaq.   

Ümummilli lider Heydər Əliyev mətbuata və mətbuat işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ulu öndər azad, demokratik mətbuatın inkişafına böyük əhəmiyyət verirdi. Dahi rəhbərin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  əzm və qətiyyətlə həyata keçirilir. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində doğma Azərbaycan sürətlə inkişaf edir. Bu gün dünya ölkələri arasında özünə layiqli yer tutan respublikamız planetimizin diqqətini cəlb edən ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. İndi Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən biri kimi tanınır.

Respublikamızda bütün sahələrin, o cümlədən mətbuatın inkişafı üçün çox geniş imkanlar yaradılıb. Xüsusilə azad, demokratik mətbuatın fəaliyyətinə, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərilir.

Jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində  Prezident İlham Əliyev mətbuatımızın cəmiyyətdəki mühüm rolunu vurğulayaraq deyib:
“...Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”.

Qeyd edim ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata, mətbuat işçilərinə diqqət və qayğı göstərilmir. İyulun  20-də Prezidentimizin müvafiq sərəncamı əsasında jurnalistlər üçün tikilmiş növbəti binadan 255 jurnalistə yeni mənzil verildi. Mənzil alan jurnalistlərdən biri də mən idim. Bu gözəl, geniş, işıqlı, rahat mənzillər Prezidentimizin Milli Mətbuat Günü ərəfəsində biz jurnalistlərə əvəzsiz hədiyyəsi idi.

Mən 1987-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. 30 ildən çoxdur mətbuatda çalışıram. Dəfələrlə diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşəm. Ailəliyəm. Məktəbli övladımız var. Evim yox idi. 20 ildən çox idi ki, heç bir kommunal şəraiti olmayan yataqxanada yaşayırdım. 

Mətbuat sahəsindəki çoxillik səmərəli fəaliyyətimi və yaşadığım yataqxana şəraitini nəzərə alib mənə də mənzil verildi. 2017-ci il 20 iyul – bu tarix ailəmizin taleyinə ən xoşbəxt bir gün kimi daxil oldu. Həmin gün ehtiyacı olan 255 jurnalistə mənzil verilməsi sonsuz sevinc hissləri doğurdu. 

Mənzillər tam şəffaf, ədalətli şəkildə bölüşdürüldü. Mətbuatda xidmətləri olan jurnalistlərdən hansının mənzilə ehtiyacı çox idisə, onlara  mənzil verildi. Möhtərəm Prezidentimiz İlham Əliyevə ailə üzvlərim adından dərin minnətdarlığımı bildirirəm. Prezidentimiz əlamətdar gün ərəfəsində biz jurnalistlərə dünya boyda sevinc, xoşbəxtlik bəxş etdi. Bu sevinc hisslərini biz həmişə yaşayacağıq.     

Azərbaycan xalqı xoşbəxtdir ki, bizim Heydər Əliyev kimi dahi ümummilli liderimiz var! Azərbaycan xalqı xoşbəxtdir ki, bizim İlham Əliyev kimi PREZİDENTİMİZ var!.

Ulu Tanrıdan Prezidentimizə möhkəm cansağlamlığı, uzun ömür arzulayırıq. Tanrı Prezidentimizə həmişə yardımçı olsun. Biz jurnalistlər həmişə SİZİNLƏYİK, əziz Prezidentimiz!

İbrahim ƏSƏDOV,
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) bölmə müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında