“Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətov: Mətbuatımızın xeyirxahı

Milli mətbuatımızın ­ 142-ci ildönümü ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuat işçilərinə növbəti hədiyyəsi oldu. Jurnalistlərin sosial müdafiəsi, həyat şəraitinin yaxşılaşdırılması, bütövlükdə isə Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi dövlət başçımızın hər zaman diqqət mərkəzindədir.

Dəfələrlə qəzetlərə dövlət tərəfindən edilən maliyyə yardımları, qələm sahiblərinə verilən təqaüd və fəxri adlar , medal və mükafatlar isə bu inkişafda bir stimul rolunu oynayır. Bu sırada media nümayəndələrinin mənzillərlə təmin olunması isə xüsusi qeyd edilməlidir. Bu diqqət və qayğının, bu sevincin, mən deyərdim ki sözlə ifadəsi çox çətindir. Bütün bunlara görə, ölkə başçımıza ürəkdən təşəkkür edirəm.  Mənzillərin təqdim olunması mərasimində cənab Prezidentin dərin məzmunlu nitqini, verdiyi dəyərli tövsiyələrini, biz jurnalistlərlə, media nümayəndələri ilə səmimi ünsiyyətini heç vaxt unutmaram .

 

Əməkdar jurnalist Svetlana Nəcəfova: Yaşımın bu çağında mənə xoşbəxtliyi yaşatdığınız üçün Sizə minnətdaram, cənab Prezident!

 

1960-cı ildə mətbuata gəlmişəm. Dövlətimiz tərəfindən həmişə qayğı görmüşəm. Əməkdar jurnalistəm, müxtəlif mükafatların sahibiyəm . On ilə yaxındır ki , səhhətimdəki problemlərlə əlaqədar təqaüdə çıxmışam. Elə bilirdim unudulmuşam. Cənab Prezidentimizin mənzil hədiyyəsi mənim və ailəm üçün böyük bir hadisə oldu.

Qocaman jurnalistlərə göstərilən bu qayğı məni çox kövrəltdi. 142 illik tarixi olan milli mətbuatımızın inkişafındakı xidmətlərimizin dəyərləndirilməsi çox gözəl haldır. Bu sevinci yaşayan bütün həmkarlarımı təbrik edirəm . Onların arasında gənclərin olması da məni sevindirdi. Bizə bu xoşbəxtliyi yaşatdığı üçün cənab Prezidentimizə təşəkkür edirəm. Yaşımın bu çağında yad edilməyim düşünürəm ki, ömrümü uzatdı. Söhbət təkcə evdən getmir, xatırlanmaqdan , axtarılmaqdan , təqdim edilməkdən, təltif olunmaqdan və gənclərlə bir sırada olmaqdan gedir. Bu işdə əməyi olan hər kəsə minnətdaram.

 

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova: Bu böyük sevincdən mənə də pay düşdü

 

Cənab Prezidentin biz jurnalistlərə hədiyyə etdiyi mənzil peşə bayramımızı ikiqat sevinclə qarşılamağımıza səbəb oldu. Haqqı və ehtiyacı olan qələm sahiblərinin evlə təmin olunması və bu xoş missiyanın ənənə halını alması ölkə başcısının necə humanist insan olduğunun və hər bir vətəndaşa qayğı ilə yanaşdığının növbəti təzahürüdür. Budəfəki siyahıda dövlət qurumlarının mətbuat xidmətlərində çalışan əməkdaşlar da diqqətdən kənarda qalmadı və bu sevincdən mənə də pay düşdü. Ailəm adından bizə bu böyük sevinci yaşatdığı üçün çox hörmətli Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Söhbəti qələmə aldı:
 Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında