Hisslərimi ifadə etməyə söz tapa bilmirəm

Milli Mətbuat Günü ərəfəsində mənzil sevinici yaşayan həmkarlarımızdan biri Zülfüqar Xeyirxəbər uzun illər kirayədə yaşasa da,  bu gün sevincinin həddi-hüdudu yoxdur. “Şərq” qəzeti, ANS, Space, ARB kimi ölkənin ən aparıcı media qurumlarında çalışmış  həmkarımız təəssüratlarını bizimlə bölüşdü:

– İnsanın əməyinə qiymət verilməsi onu yaradıcılığa daha da həvəsləndirir.   Adımı siyahıda görəndə çox sevindim. Əməyi keçən hər kəsə minnətdaram. Dövlətin qayğısını hiss etmək çox xoş hissdir. İyirmi beş il kirayədə, heç bir şəraiti olmayan  mənzillərdə yaşadığım  üçün təəssüratlarımı, sevincimi  ifadə etməyə uyğun söz tapa bilmirəm.

 Cənab Prezident  İlham Əliyev açılış mərasimində çıxış edərkən  qeyd etdi ki, bura jurnalist şəhərciyi olacaq.  İnanıram ki, yaxın bir neçə ildə Azərbaycanda evsiz jurnalist qalmayacaq. 

Bu isə təbii ki, jurnalistikanın inkişafına böyük təkan olacaq. Jurnalistlərin sosial problemlərinin həll olunması onların yaradıcılığına və peşəkarlığına təsir edəcək.

Mən illərlə kirayədə yaşadım. Ev sahiblərinin arasında insaflısı da vardı, insafsızı da. Ən insaflısı belə, kirayə haqqını 3-4 gün gecikdirəndə dediyi sözlərə görə, min kərə ölüb dirilirdim. Hətta işdən qayıdanda qapının kilidinin  dəyişdiyi vaxtlar da olub, səhəri küçələrdə açdığımız vaxtlar da. Adamın işdən çıxanda getməyə bir yerinin olmaması bilirsiz nə deməkdir?

Ona görə, son 10 ildə işdən çıxıb işə getdim. Həm ehtiyacları ödəmək üçün, həm də fikirləşməyə vaxtım olmasın deyə. Gecələr də yuxum gəlməyəndə “taksavatlıq” elədim. Utanmadım, utanmıram da. Halal yedim, halal yedirtdim.

Övladlarımın üzünü aylarla görmədim, nə sevgimi onlara verə bildim, nə onların sevgisini hiss etdim. Pərən-pərən olduq. Ən əsası onların doğru-dürüst təhsil alması üçün bir şəraitim olmadı. O qapıdan bu qapıya, bu məktəbdən o məktəbə... İndi isə onlar üçün bir fürsət yarandı. Övladlarım üçün yüksək şəraiti olan 130 kvadratmetrlik bir mənzil hədiyyə olundu. Bunu cənab Prezident İlham Əliyev etdi. Buna təşəkkür belə azdı. Dönə-dönə  təşəkkür edirəm.

Söhbəti təqdim etdi: 
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında