Bizə göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarıq

Azərbaycan dövləti mətbuatımızın inkişafına daim qayğı göstərir. Bu, müxtəlif tədbirlərdə, qəbul olunan qərarlarda və digər sahələrdə özünü açıq şəkildə büruzə verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bir neçə il ardıcıl “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi heç də təsadüfi deyil. Ölkəmizdə azad sözə, müstəqil mətbuata əlverişli şəraitin  yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilən qərarlar, hər cür şəraiti olan, müasir tələblər səviyyəsində təmir edilən mənzillərin tikilib kütləvi informasiya vasitələrinin nümayəndələrinə verilməsi və digər amillər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Ölkəmizdə kütləvi informasiya vasitələri nümayəndələrinin  rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var. Dövlətimizin başçısının biz jurnalistlərə, azad sözə, müstəqil mətbuata böyük dəyər verməsi hər birimizi daha da ruhlandırır. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan möhtəşəm addımları xüsusi qeyd etmək istərdim. Dünyanın heç bir ölkəsində jurnalistlərə pulsuz mənzil verilmir. Ancaq  bizim respublikamızda bu xeyirxah missiya artıq ənənə halını alıb. Dövlət başçısının “Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər” haqqında sərəncamı ilə tikilən növbəti binanın  Milli Mətbuat Günü ərəfəsində istifadəyə verilməsi bunun əyani göstəricisidir.

Dörd il əvvəl 156 mənzil tikilib istifadəyə verilmişdi. Bu gün artıq 255 mənzil də jurnalistlərin istfadəsindədir, daha 255 mənzilin isə təməli qoyulmuşdur. Bu mənzillər bölüşdürülərkən heç bir ayrı-seçkiliyə yol verilmir, hətta müxalifəti təmsil edən jurnalistlər də pulsuz mənzillərlə təmin olunurlar.

Həmin mənzillərdən biri də mənə nəsib oldu. Ümumiyyətlə, jurnalistlər üçün hər cür şəraiti olan mənzillərin tikilib istifadəyə verilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan vətəndaşına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Bu qayğıya görə dövlətimizin başçısına dərin  minnətdarlığımı bildirirəm. Hər bir vətəndaşın fəaliyyətinin ölkəsinin rəhbəri tərəfindən qiymətləndirilməsindən yüksək qürur hissi ola bilməz. Bizə bu hissi yaşatdığına görə dövlətimizin başçısına “Çox sağ olun!” deyirik.

Elvin Mövsümov,
Azərbaycan Dövlət Teleqraf Agentliyinin  (AZƏRTAC) əməkdaşı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında