Öz fəaliyyətimizi bundan sonra daha böyük şövqlə davam etdirəcəyik

Son illərdə dövlətimizin informasiya, mətbuat siyasətinin düzgün qurulması, ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunması prosesi yüksələn xətlə inkişaf edir. Bu barədə bugünlərdə dövlətimiz tərəfindən mənzillə təmin olunan jurnalistlərdən biri – ölkə.az saytının rəhbəri Məmməd Gülməmmədov redaksiyamıza fikirlərini bildirdi:

– Prezident İlham Əliyevin 2010-cu il iyulun 22-də  imzaladığı  “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 (beş) milyon manat vəsait ayrıldı. Bildiyimiz kimi,  həmin sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi.

Dörd ildən sonra cənab Prezident növbəti dəfə belə bir açılış etdi. İyulun 20-də jurnalistlər üçün tikilən ikinci binanın da  açılış mərasimi keçirildi. Dövlət başçımız bu mərasimdə də iştirak etdi və biz jurnalistlərə səmimi arzularını çatdırdı, eyni zamanda, dəyərli tövsiyələrini verdi. Əvvəla, belə fürsəti, şansı bizə dəyərləndirmək imkanını təmin etdiyi üçün, KİV-ə göstərdiyi diqqət və qayğıya görə, yeni tikilən binada mənzillərin ədalətli şəkildə bölüşdürüldüyünə və bu ədalət sayəsində mənim də mənzil sahibi olmağıma görə Prezident İlham Əliyevə şəxsən  dərin təşəkkürümü bildirirəm.

  Prezident  İlham Əliyev ­açılış mərasimindəki nitqində qeyd etdi ki,  KİV-ə dövlət qayğısı dövlətimizin əsas siyasi istiqamətlərindən biridir. Bu diqqət və qayğının müqabilində bizdən yalnız vətənpərvər olmağı, yazılarımızla müstəqilliyimizə, dövlətçiliyimizə xidmət göstərməyi istədi. Biz bir daha dövlətimizin Azərbaycan vətəndaşının maraqlarını təmin etməyə çalışdığının şahidi olduq və əminəm ki, öz fəaliyyətimizi daha böyük şövqlə və  vətənpərvərlik duyğusu ilə bundan sonra da davam etdirəcəyik.

Hazırladı:
Anar TURAN,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında