“Jurnalistlər evində yaşamağın mənəvi dəyəri çox yüksəkdir”

Əkbər QOŞALI – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Məclisinin üzvü: Cənab Prezidentin iştirakı ilə Jurnalistlər şəhərciyinin ikinci binasının  təntənəli açılışı, günümüzün əlamətdar hadisəsi, onlarca ailənin unudulmaz günü, gənclərin gələcəyə əsaslı inamı, habelə qocaman jurnalistlərə, vəfat eləmiş qələm adamlarının ailələrinə vəfa borcunun parlaq ifadəsidir!

Bu il iyulun 20-də bizim taleyimizə  unudulmaz gün əlavə olundu! Bu günü bizlərə bəxş edən əziz dövlət başçımıza, jurnalistlərin həm fəxri, həm də əbədi dostu olan İlham Heydər oğlu Əliyevə  könlümün bütün riqqəti ilə minnətdarlıq edirəm! 

 Prezidentimiz yalnız jurnalistlər üçün ev tikdirmir, ümumən qurucu lider olaraq, EVTİKƏNdir! Heç şübhəsiz, Jurnalistlər evində yaşamağın mənəvi dəyəri maddi dəyərindən çox yüksəkdir. Biz dövlət başçımızın jurnalistlərə qayğısını, mediamızın inkişafını, ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi olaraq qəbul edirik. Onun sərəncamları, qəbul etdiyi proqramlar, verdiyi tapşırıqlar əsasında ayrı-ayrı sənət-peşə sahibləri, müharibə veteranları, şəhid ailələri, qaçqın-məcburi köçkün vətəndaşlarımız, sosial müdafiəyə ehtiyacı olan digər ailələr, gənclər, idmançılar... evlə təmin olunur və bu proses məqsədəuyğun şəkildə davam etməkdədir. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbulunu, 29 binalıq Yasamal yaşayış kompleksinin tikintisini qeyd etmək yetərlidir ki, toxunulan mövzuya dövlətin, dövlət başçısının nə qədər geniş yanaşdığı bariz şəkildə görünsün.

Özü də, yalnız müxbir, redaktor... kimi fəaliyyət göstərən vətəndaşlarımızın deyil, o sırada ictimai əlaqələr və mətbuatla işə məsul şəxslərin, media təsərrüfatımızın canlanmasında, söz sənətimizin inkişafında xidməti olanların da diqqət və qayğıdan kənarda tutulmaması ayrı bir gözəllikdir, ayrı bir minnətdarlıq səbəbidir!

Onu da unutmayaq ki, bu iş davamlı xarakter daşıyır, bu gün mənzil almayan jurnalist, cəmi 3 ildən sonra bu şansı qazanacaq, ondan sonrakı dönəmdə  fəaliyyəti ilə seçilənlər də sıradakı “təməl atma”dan öz nəsiblərini alacaqdır.

Beləliklə, paytaxtımızda daha 255 yeni mənzilin işığı yanacaq! 255 mənzilin pəncərəsindən gülüzlü Azərbaycan körpələrinin, gənclərimizin üzünə  Günəş işığı düşəcək! Neçə ailə kirayədən, yataqxanadan, hansısa ucqardakı təmirsiz mənzildən, sözün həqiqi mənasında, aydınlığa çıxacaq! Bu işıqlanmanın, aydınlanmanın memarı cənab Prezidentimizdir!

Fürsətdən istifadə edərək, yeni mənzillərə sahib olan, bir çoxu paytaxtda ilk dəfə mənzil sahibi olan qələm adamlarını təbrik edir, bütün evsiz qələm adamlarına isə bu sevinci yaşamağı arzulayıram!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında