Azərbaycan mediasının inkişafı naminə atılan addım

Azərbaycanda mətbuata dövlət qayğısının təzahürü olaraq iyulun 20-də jurnalistlər üçün tikilən  ikinci binadan mənzillə təmin olunanlardan  biri də  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdir. O, söhbət zamanı dedi:

– Hədiyyə  bagışlamaq  gözəl hissdir. Amma  kiməsə  mənzil   hədiyyə etmək, bu, insanda müqayisəyə gəlməz bir hiss yaradır.  Dünyanın heç bir  yerində jurnalistlərə bu cür diqqət və qayğı  yoxdur. Dövlət  tərəfindən qələm əhlinə belə həssas  münasibət, hər şeydən əvvəl, sözə verilən qiymətdir.  Dörd  il öncə 156, bu gün isə 255 jurnalistə mənzil bağışlanılması  qeyri-adi hadisədir . Bu, əslində,  Azərbaycan cəmiyyətinin uğurudur. Çünki  jurnalistlər cəmiyyətin güzgüsüdürlər. Bu baxımdan, onların  mənzillə təmin olunmaları, ilk növbədə, KİV-ə dövlət  qayğısının  bariz  ifadəsidir.

 Azərbaycanın xarici siyasətinin sözçüsü kimi bildirirəm ki, jurnalistlərin mənzillə təmin olunmaları onların əməyinin dəyərləndirilməsi  ilə yanaşı, həm də Azərbaycan jurnalistikasının inkişafı naminə atılan təqdirəlayiq bir addımdır.  Açılış mərasimində Prezident İlham Əliyev tərəfindən jurnalistlər üçün  üçüncü binanın təməlinin qoyulması da  bu nəcib missiyanın davam etdirilməsindən xəbər verir.  Bununla  belə, mənzil ala bilməyən digər layiqli həmkarlarımız üçün də şans yaranır.        

Söhbəti qələmə aldı:
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında