Çox sağ olun, cənab Prezident!

Bu gün 142-ci illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının növbəti bayramı ərəfəsində – iyulun 20-də dövlətimiz dünyanı bir daha heyrətləndirdi. Jurnalistlər üçün tikilmiş yeni binada mənzillərin paylanması mərasimi ilə Azərbaycan tarixinə daha bir parlaq səhifə yazıldı. Həmin gün təkcə 255 mənzilin sahibləri yox, onların ailə üzvləri, yaxınları, dostları hədsiz sevinc hissi keçirdilər.

Jurnalistlərə belə böyük dövlət qayğısı nəticəsində qısa müddət – cəmi dörd il ərzində müvafiq surətdə 156 və 255 mənzilli iki binanın Azərbaycan media nümayəndələrinin istifadəsinə verilməsi dünyanı təəccübləndirməyə bilməz. Çünki başqa heç bir ölkədə heç vaxt jurnalistlərə belə gözəl töhfə edilməmişdir.

Birinci bina ilə müqayisədə ikinci binada mənzil alan jurnalistlərin sayının birdən-birə yüz nəfər artması da diqqətəlayiq haldır. Biz, yeni mənzillərin sahibləri bu bayram günündə keçirdiyimiz ikiqat sevincə görə Azərbaycan dövlətinə və şəxsən dövlət başçımız İlham Əliyevə minnətdarıq, ona “Çox sağ olun, cənab Prezident!” – deyirik.

Bütün sahələrdə ölkəmizin inkişafına öz töhfələrini verən, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyən Azərbaycan jurnalistlərinə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün böyük qayğı göstərilir. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev mənzillərin paylanması mərasimində dedi: “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü. Jurnalistlər belə bir məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. “

Azərbaycanda idman jurnalistikasının veteranlarından biri kimi xüsusi qeyd edə bilərəm ki, həyatımda baş verən bu əlamətdar hadisə ölkəmizdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyi ilinə təsadüf etmişdir. Tezliklə, iyulun 31-də isə cənab İlham Əliyevin ölkə Olimpiya Hərəkatına rəhbərliyinin 20 ili tamam olacaq. Bütün bu illər ərzində Azərbaycanda, digər sahələrdə olduğu kimi, Olimpiya Hərəkatının, bütövlükdə idmanın da inkişafında tarixi nailiyyətlər qazanılmışdır. Dövlət başçımızın müdrik rəhbərliyi sayəsində Azərbaycan jurnalistlərinin   belə fərəhli günləri hələ çox olacaq. 

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında