Azərbaycan Prezidenti jurnalistlərin ən yaxın dostu olduğunu bir daha sübut etdi

İyulun 20-də jurnalistlərin ikinci binasında mənzil aldığıma görə indi həyatımın ən xoşbəxt anlarını yaşayıram. Mənə xüsusi qürur və sevinc duyğuları bəxş edən odur ki, bu çox qiymətli hədiyyə mənə və ailə üzvlərimə özünün müdrik daxili və xarici siyasəti ilə müstəqil Azərbaycanı təkcə regionun deyil, hətta qlobal müstəvidə müasir dünyanın ən modern və güclü dövlətlərindən birinə çevirən, böyük siyasət və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bəxş olunur.

Bu qiymətli hədiyyəyə görə çox hörmətli dövlət başçımıza öz adımdan və ailə üzvlərimin adından dərin təşəkkürümü bildirir, ona milli dövlətçiliyimizin daha da güclənməsi, ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə daha böyük uğurlar, möhkəm cansağlığı arzulayıram.

Mən jurnalist peşəsini təsadüfən seçməmişəm. Hələ tələbəlik illərindən bu çətin və şərəfli peşənin sirlərinə və incəliklərinə yiyələnməyə  çalışmışam. Bəxtim onda gətirib ki, təhsil aldığım illərdə Azərbaycana millətini sonsuz məhəbbətlə sevən Heydər Əliyev kimi böyük siyasət adamı rəhbərlik edirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-ci illərdə, daha dəqiq desəm, 1976-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbəsi olaraq, təhsilimi davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmişəm. Bu dahi siyasətçinin həmin ilin avqustun 30-da hazırkı Heydər Əliyev Sarayında azərbaycanlı tələbələrin SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına təntənəli yola salınma mərasimindəki parlaq, dərin məzmunlu nitqində səslənən müdrik fikir və tövsiyələr o gündən mənim həyat və fəaliyyət proqramıma çevrilib.

Mən Moskvada təhsil aldığım illərdə ümummilli liderin mükəmməl biliklər əldə edərək, yüksək peşəkar mütəxəssis kimi yetişmək, Azərbaycanı hər yerdə ləyaqətlə təmsil etmək kimi tövsiyələrini, necə deyərlər, bir an belə unutmadan yerinə yetirməyə çalışmışam.

Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra artıq 38 ilə yaxındır ki, dərin məsuliyyət hissi ilə Azərbaycan mətbuatında çalışır, biliyim, təcrübəm və qələmimlə xalqıma və dövlətimə xidmət edirəm.

Jurnalist peşəsi sadə peşə deyil, o yüksək peşəkarlıq və fədakarlıq tələb edir. Hər bir qələm sahibi öz həyatını, arzu və hədəflərini Vətənin taleyindən kənarda tuta bilməz. Düşünürəm ki, hər bir ölkə vətəndaşı, ziyalı üçün bu gün Azərbaycanın istiqlalından müqəddəs heç nə yoxdur.

Mən bir məqamı da vurğulamaq istəyirəm. O da budur ki, jurnalistlərin ikinci binasında mənzillərin bölgüsü, püşkatma mərasimi açıq  şəkildə, hamının gözü qarşısında, şəffaf keçirildi. Bu tədbirdə iştirak edən bütün həmkarlarım bundan çox razı qaldılar.

Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında