Anar YUSİFOĞLU, İctimai Televiziyanın İctimai – Siyasi Proqramlar Departamentinin direktoru: Biz fəxr edirik ki, dövlətimizin rəhbəri “Jurnalistlərin dostu”dur

Azərbaycan mətbuatı bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib.  Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həmin çətinliklərin aradan qaldırılması istiqamətində önəmli addımlar atılıb, Konstitusiyamızda mətbuat azadlığı təsbit olunub, senzura ləğv edilib.

Ulu öndərimizin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən mətbuat sahəsinə göstərilən dövlət qayğısı da davamlı və ardıcıl xarakter alıb. Başqa sözlə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, söz, fikir və məlumat azadlığının tam təmin olunması, sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunmaları, mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılan imkanlar bu sahəyə dövlət qayğısının bariz nümunəsidir.

Möhtərəm dövlət başçımızın sərəncamı ilə jurnalistlər üçün  yaşayış binalarının  tikilməsi, peşəkar, haqqı və xidməti olan media nümayəndələrinin mənzillə təmin olunmaları da həmin diqqətin parlaq ifadəsidir.

Jurnalistlərin mənzillə təmin olunmalarından danışarkən, diqqəti bir məqama yönəltmək istərdim. 2010-cu ildən başlayaraq, jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binlarının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar uğurla reallaşdırılıb. Ən başlıcası, mənzillərin paylanılmasında ədalət prinsiplərinin gözlənilməsi  diqqət mərkəzində olub.  Ümumiyyətlə, ölkədə media siyasəti düzgün  və vicdanla  aparılır.

Jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzilin bölgüsü də bunu bir daha təsdiq etdi. Eyni zamanda, sübut etdi ki, ölkəmizdə jurnalistlərin sosial problemlərinin həllinə dövlət səviyyəsində diqqət və qayğı var. Mən də həmin binada mənzil alanlar sırasında olmaqla,  bu gün o qayğını öz üzərimdə hiss edirəm. Prezident tərəfindən qiymətləndirilmək qürurvericidir və belə bir sevinci mənə, ailəmə yaşatdığı üçün cənab Prezidentə təşəkkürümü bildirirəm.

Söhbəti qələmə aldı:
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında