“Kaspi”qəzetinin baş redaktoru İlham Quliyev: Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti sistemli xarakter daşıyır

İyulun 20-si  bütün Azərbaycan mətbuatı üçün əlamətdar bir gün oldu: 255 jurnalist ailəsi böyük sevinc yaşadı. Öz adımın bu sırada olmasına görə böyük qürur hissi keçirir və  xidmətlərimi dəyərləndirən ölkə başçısına, bölgü komissiyasının hər bir üzvünə təşəkkür edirəm!  Bu, jurnalistlər üçün elə möhtəşəm hadisədir ki, onun əhəmiyyətini ayaqüstü  ifadə etmək  olduqca çətindir.

Biz yaxşı başa düşürük ki, indiki maliyyə imkanlarımızla, qazancımızla şəhərin mərkəzinə yaxın bir yerdə, bu cür gözəl binadan mənzil almaq çox çətindir, bəlkə də mümkünsüzdür. Amma  dövlətimizin Azərbaycan jurnalistikasına diqqəti, dəstəyi sayəsində bizim üçün mümkünsüz olan bir məsələ, uzun illərdir ürəyimizdə gəzdirdiyimiz arzu artıq reallığa çevrilib. 4 il bundan öncə 155, bu il 255, ümumilikdə 410 jurnalist ailəsi mənzil sahibi olub. Uzağı 3 ilə daha 255 jurnalist da bu sıraya qoşulacaq.  Bütün bunlara görə Azərbaycan dövlətinin, bu ideyanın reallaşmasına şəxsən dəstək verən ölkə Prezidentinə təşəkkür edirəm!

Ümumiyyətlə, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti sistemli və davamlı xarakter daşıyır. Bu siyasətin əsası  ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və ənənəyə çevrilib. 2008-ci ildə Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası təsdiq edilib və Azərbaycan mediasının inkişaf istiqamətləri müəyyənləşdirilib. 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, mediaya dövlət dəstəyi sistem halına salınıb, daha da şəffaflaşdırılıb. Hətta son illər ümumdünya iqtisadi böhranı, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də mediaya dövlət dəstəyini dayandırmadı, əksinə, daha da artırdı. 2005-ci ildən başlayaraq, Milli Mətbuat Günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir, onlara fəxri adlar verilir. Dövlət orqanları bu bayramları biz jurnalistlərlə birlikdə qeyd edirlər ki, bu da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi qaydada və müxtəlif dövlət orqanları ilə müntəzəm qaydada keçirdiyi jurnalist yazıları müsabiqələri də həm dövlət və cəmiyyətimiz üçün aktual olan məsələlərin diqqət mərkəzinə gətirilməsinə şərait yaradır, həm də jurnalistlərin maddi təminatını daha da yaxşılaşdırır. Bəlkə dövlətin yardımları olmasaydı, kütləvi informasiya vasitələri arasında öz dəst-xətti olan və təmsil etdiyi xalqın, millətin, dövlətin yazılı salnaməsini yaradaraq, gələcək nəsillərə çatdıran qəzetlər çoxdan bağlanmışdı.

Ümumilikdə, dövlət jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün davamlı addımlar atır. Mənzillərin tikilməsi də bu siyasətin tərkib hissəsidir. Bu gedişlə qısa müddət sonra Azərbaycanda jurnalistlərin əksəriyyəti evlə təmin olunacaqdır. 

Söhbəti qələmə aldı:
Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında