Azərbaycan dövləti dünyaya daha bir nümunə göstərdi

Vətəninə, peşəsinə vicdanla xidmət edən hər bir jurnalist neçə ildən bəri səbirsizliklə, həyəcanla gözlədiyi günə – jurnalistlər üçün tikilən 255 mənzilli binanın açılış mərasiminə şahidlik etdi. Hər bir qələm əhlinə bir daha aydın oldu ki, indiyə qədər dünyanın heç bir yerində dövlət tərəfindən təmənnasız olaraq jurnalistə mənzil hədiyyə edilməyib. Bu, yalnız Azərbaycanda bir ənənə halını alıb. Bu ənənənin əsası isə hamımız bildiyimiz kimi, saysız mütərəqqi addımları, islahatları ilə dünyaya nümunə olan, xalqı tərəfindən minnətdarlıqla sevilən Prezident İlham Əliyev tərəfindən qoyulub.

Son illərdə ölkənin mətbu siyasətinin düzgün qurulması, mənzillərin paylanılmasında ədalət prinsiplərinin vicdanla qorunmasının şahidi oluruq. Bu barədə bir qədər ətraflı danışmaq istərdim. Prezident İlham Əliyevin 2010-cu il iyulun 22-də   imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 (beş) milyon manat vəsait ayrıldı. Həmin sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi.

İndi həmin vaxtdan ötən müddətdə tikilən ikinci binanın da dünən açılış mərasimi keçirildi. Cənab İlham Əliyev bu mərasimdə iştirak etdi və biz jurnalistlərə səmimi arzularını çatdırdı, eyni zamanda, dəyərli tövsiyələrini verdi. Bu məqamdan istifadə edib cənab Prezidentimizə KİV-ə göstərdiyi diqqət və qayğıya görə, yeni tikilən binada mənzillərin ədalətli şəkildə bölüşdürüldüyünə və bu ədalət sayəsində mənim də mənzil aldığıma, bununla da ailəmə yaşatdığı sonsuz sevinc və fərəhə görə dərin minnətdarlığımı bildirirəm.

Sonda Azərbaycan  Prezidenti cənab İlham Əliyevin açılış mərasimindəki çıxışından bir məqama toxunmaq istərdim. Möhtərəm dövlət başçımız mərasimdə KİV-ə dövlət qayğısından danışmaqla yanaşı, bu diqqət və qayğının müqabilində bizlərdən yalnız vətənpərvər olmağı, yazılarımızla müstəqilliyimizə, dövlətçiliyimizə xidmət göstərməyi tövsiyə etdi. Mən öz həmkarlarım adından əminliklə bildirirəm ki, cənab Prezidentin bu tövsiyəsinə dönmədən əməl edəcəyik.

Əli HƏZİQULİYEV,
“Elçi” qəzetinin
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında