Dövlətçilik maraqlarına sədaqətlə xidmət edəcəyik

Cəmi 26 illik müstəqillik tarixi olan respublikamız dünyanın layiqli üzvlərindən birinə çevrilmişdir. Demokratik proseslərin inkişafına verilən yüksək dəyər, müstəqil mətbuata, azad sözə yaradılan əlverişli şərait, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, həmçinin insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün göstərilən səylər dövlət siyasətinin prioritetini təşkil edir. Azərbaycan dövlətinin bu sahədəki uğurları beynəlxalq aləmdə də yüksək dəyərləndirilir.

Azərbaycan dövləti daha bir sahədə – jurnalistlərə, yaradıcı insanlara tam təmirli mənzilləri pulsuz paylamaqda dünyaya xeyirxahlıq nümunəsi göstərir. Biz  iyulun 20 – də  bunun bir daha şahidi olduq. Həmin gün hər cür şəraiti olan tam təmirli 255 mənzil jurnalistlərə təmənnasız verildi. 4 il əvvəl isə  jurnalistlərə 156 mənzil pulsuz paylanılmışdı.

Prezident İlham Əliyevin xeyir-duası ilə daha bir binanın – 255 mənzilli yaşayış evinin təməli qoyuldu. Demək, ümumilikdə 666 jurnalist mənzillə təmin olunacaq. Dünyanın heç bir ölkəsində, hətta 150-200 illik müstəqillik tarixi olan demokratik dövlətlərdə belə bu vaxta qədər belə bir xeyirxah iş görülməyib. Bu, Azərbaycan Prezidentinin əhalinin həyat səviyyəsinin yüksəldilməsini daim diqqqət mərkəzində saxlamasının bariz nümunəsidir. Axı, hər bir jurnalistin ailə üzvü də var. 666-ya yaxın jurnalistin mənzillə təmin olunması gör, nə qədər insanın rahat yaşayışı deməkdir.

Sevinirəm ki,  mənzillə təmin olunan jurnalistlər sırasında mən də varam. Dövlətimizin başçısının qeyd etdiyi kimi, jurnalist sahibkarlıq fəaliyyəti və digər gəlir gətirən sahələrlə məşğul olmur. Ona görə də şəhərin mərkəzində tam təmirli, hər cür şəraiti olan mənzil almaq şəxsən mənim üçün  qeyri-mümkün idi. Dövlət   başçımızın məni mənzillə təmin etməsi ailəmiz üçün olduqca qiymətlidir. Mən möhtərəm ­Prezidentimiz İlham Əliyevə bu nəcib və savab əməlinə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında