Əbülfət Mədətoğlu: Sevincimin həddi-hüdudu yoxdur

Mən  Xocavəndin Tuğ kəndində doğulmuşam. Həyat elə gətirib ki, Dağlıq Qarabağ hadisələri başlanandan bəri  bir jurnalist kimi qaynar nöqtələrdə olmuşam. Xankəndidə, Şuşada, Ağdərədə, Xocalıda, Xocavənddə… eləcə də ətraf rayonlarda. Torpaqlarımızın işğalı zamanı Xankəndidən Şuşaya, Şuşadan Füzuliyə, Füzulidən Beyləqana, oradan isə Bakıya köçməyə məcbur olmuşam. Qarabağda evimi düşmən yandırıb, məni evsiz qoydu. Övladlarım uşaq bağçasına sığınıb böyüdü. Bütün həyatımı ev-yuva qurmağa sərf etdim, amma jurnalist məvacibim buna imkan vermədi.

Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin əks-sədası ölkə mediasında - söz meydanında da özünü göstərməyə başladı. Bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan söz azadlığı, senzuranın götürülməsi kimi zəruri işlərin ardınca möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən həm mediaya, həm də onun mənsublarına mənəvi və maddi dəstək də reallaşmağa başladı.

Bu gün də həmin  iş uğurla  daha geniş həcmdə davam etdirilir. Jurnalistər üçün istifadəyə verilmiş iki binada 400-dən artıq ailənin məskunlaşmaq imkanı ortadadır.

Təbii ki, Azərbaycan ­Prezidentinin qayğısı mediamızın dünya arenasına çıxmasına böyük yol açdı. Maddi dəstək, jurnalistlərin öz peşələrinə daha sıx bağlanmasına imkan verdi. Yəni jurnalist harada yaşamağı yox, necə yazmağı düşünmək imkanı qazandı. Elə buradaca qeyd edim ki, ölkə Prezidenti  mənim əməyimi öncə imzaladığı sərəncamla “Əməkdar jurnalist” adına layiq gördü. Şükürlər olsun ki, cənab İlham Əliyev bu gün  mənə ev bağışladı. Bu xeyirxah savab, addımına görə, mən prezidentimə bütün ailəm adından minnətdaram və sidq – ürəklə də deyirəm:

Cənab Prezident! Mənə, ailəmə göstərdiyiniz bu diqqətə, bizə bağışladığınız isti yuvaya görə, Sizə minnətdaram. Tanrı Sizi qorusun! Tanrı Azərbaycan xalqını qorusun! Tanrı Azərbaycanımızı qorusun!

Söhbəti qələmə aldı:
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında