Mənə göstərdiyi bu qayğıya görə Prezidentimizə minnətdaram

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdiyim 1973-cü ildən sırasında olduğum milli mətbuatımızın 142 illiyini bayram etdiyimiz günlərdə Tanrı bizə bir aləm sevinc bəxş etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm dəstəyi və qayğısı ilə jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasında mənzil verilən qələm sahibləri arasında olmaq sevincini mən də yaşadım. Mətbuatda olduğum 44 ildə bundan sevincli günüm olmamışdı. Bu qədər illərin hamısını eyni qəzetdə işləməyimin qədrini bilənlərə minnətdaram. Tanrı bu sevinci bizə bəxş edənlərin hamısını qorusun.

Bundan başqa, yeni mənzil sahibi olan bütün həmkarlarımın hamısını təbrik edirəm. Bizi, yəni dünən yeni ünvan qazanan həmkarlarımızı sevindirən başqa bir məqam da oldu. Belə ki, ikinci binanın istifadəyə verildiyi gün bilavasitə dövlət başçımızın həmkarlarımız üçün inşa ediləcək üçüncü binanın da təməlini qoymasının şahidinə çevrildik. Deməli, üç ildən sonra, yəni mətbuatımızın 145 illiyi qeyd edilərkən daha 255 jurnalistə mənzil veriləcək.

Yadımdadır, ilk bina istifadəyə veriləndə orada ev almış bütün həmkarlarımız mənzillərdə və binanın ətrafında yaradılan müasir şəraitdən ağızdolusu danışırdılar. Dünən eşitdim və şahidi oldum ki, ikinci bina daha müasir və daha möhtəşəmdir. Bu isə o deməkdir ki, üçüncü bina bundan da yüksək səviyyədə inşa olunacaq və təchiz ediləcək.

Hamının bildiyi fakt olduğuna görə təkrar etməyə bilərdim. Amma təkrar olsa da, deməliyəm ki, mətbuata dövlət qayğısının təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Mən ümummilli liderimizin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə mətbuatda çalışmış adam kimi çox faktların şahidi olmuşam. Cənab Prezident İlham Əliyev isə ölkədə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə həmkarımızın orden və medallarla təltif edilməsi, Mətbuat Şurasının və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması ilə həmin ənənəni yüksək səviyyədə davam etdirdi. Dövlət başçımızın dünyanın heç bir ölkəsində olmayan “Jurnalist şəhərciyi” layihəsinə imza atması və üç ildən bir orada yeni binanın istifadəyə verilməsi isə, sözün həqiqi mənasında, Azərbaycan jurnalistlərinin bəxtinə Günəş doğması deməkdir.

Fikrimi tamamlayarkən bir faktı da xatırlatmaq istəyirəm. Kütləvi informasiya vasitələrinin iyulun 12-də yaydığı xəbərdə bildirilirdi ki, Gürcüstanda keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah lider” seçilib. Bildirilir ki, Gürcüstanın “Kviris palitra” qəzeti “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” – sualı ilə 500 nəfər arasında rəy sorğusu keçirib. Rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah liderdir. Düşünürəm ki, dünənki tədbirdə bu faktın yadıma düşməsi qətiyyən təsadüfi deyildi. Çünki cənab İlham Əliyev həqiqətən ən humanist Prezident, ən xeyirxah dövlət başçısı, ən uzaqgörən liderdir.

İsaq ƏMƏNULLAYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında