Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatına XİN-dən cavab

"İşğal olunmuş ərazilərə səfər etmiş Avropa Parlamentinin deputatı Yaromir Ştetinanın Azərbaycana qarşı açıqlamaları milli və dini zəmində təfriqətçiliyin artmasına xidmət göstərir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Y. Ştetinanın ona qarşı açılmış cinayət işinə verdiyi şərhlərlə əlaqədar bildirib.

“Ştetina Avropa Parlamentinin üzvü olaraq erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərir və birtərəfli şəkildə erməni lobbisinin təbliğatını həyata keçirir. O, özünün bu fəaliyyəti ilə regionda vəziyyətin gərginləşməsinə təsir edir və münaqişənin danışıqlar yolu ilə həllinə mane olacaq xidmətlər göstərir. Stalinizm dövrünə toxunan Ştetinaya bildirmək istərdik ki, Ermənistanda olan hakim rejim mahiyyəti və əməlləri ilə Stalin rejimindən daha qəddar və terrorçu təbiətə malikdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın törətdiyi qanlı etnik təmizləmə, Xocalı soyqırımı o cümlədən 4 iyulda azyaşlı qız və onun nənəsinin öldürülməsi bunun bariz nümunələridir”.

H. Hacıyev qeyd edib ki, Ştetina mənəvi çərçivələrdən kənar öz fəaliyyəti ilə rejimin təbliğatçısı qismində çıxış edir: “Törətdiyi bu kimi analoji əməllərə görə Ştetina üçün vətəndaşı olduğu Çexiyanın cinayət məcəlləsinə uyğun olaraq, 10-18 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub”.

H. Hacıyev əlavə edib ki, Azərbaycan milli və beynəlxalq hüquqi, o cümlədən ikitərəfli, dövlətlərarası beynəlxalq hüquqi vasitələrdən istifadə edərək, Y. Ştetina, Frank Engel kimi deputatlara qarşı zəruri hüquqi təqib addımlarını bundan sonra da davam etdirəcək.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında