Erməni terrorizminin mahiyyətini dünyaya bəyan etməliyik

Maraqlı situasiyadır. Biz sülhə bayraq qaldırdıqca, Ermənistan tərəfi atəşkəsi pozur. Bu atəşkəs pozmanın da yalnız bir adı var: Terror. Dağlıq Qarabağdakı qeyri-qanuni erməni quldur dəstələri isə min bəhanə ilə, öz adlarını nə qoyurlarsa- qoysunlar, mahiyyət etibarı ilə bizim can atdığımız, bayraq qaldırdığımız sülhün qatillərinə çevrilmiş amansız, qansız, vicdansız terroristlərdir.

Son günlərdə onlar yenə faşist ənənələrinə sadiq qalaraq Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı  Zəhra Quliyevanı və onun nənəsi Sahibə Quliyevanı qətlə yetirdilər. Üstəlik, erməni mətbuatı bu barədə sicilləmə raportlar verərək, bizim atəş nöqtələrimizi məhv etdiklərini, itkilər verdiyimizi güman etdiklərini terrorçu erməni təbliğatına xas yaydılar.

Birbaşa deməsələr də, dolayısı ilə çatdırmağa çalışırdılar ki, məhv etdikləri hədəflər hərbçilərdir. Və biləndə ki, qətlə yetirdikləri 2 yaşlı uşaq və 50 yaşlı qadın imiş, onda valın o biri üzünü çevirdilər ki, bəs siz niyə uşağın şəklini dünyaya yayırsınız, erməni xalqını hörmətdən salırsınız, dünyaya bizi qaniçən, cəllad, terrorist kimi təqdim edirsiniz?!

Bu son hadisə, son şəkil vəhşiləşib insanlıq simasını itirən erməni faşistlərinin nəyə xidmət etdiklərini bir daha göstərir və bu, dünyaya danışılmalıdır. Çünki bu şəkil indiyədək minlərlə qətlə yetirilən günahsız uşaqların şəkillərini yenidən gündəmə gətirəcək, bugünkü Ermənistan dövlətinin faşist rəhbərliyinin ideologiyasının mahiyyətini açıqlayacaq.

İki yaşlı Zəhra Quliyevanın faciəsi Dağlıq Qarabağdakı hərbi cinayətkarların qatı terrorist olduğunu sübut edir, bizi Xocalıda və Dağlıq Qarabağın digər şəhər, rayon və kəndlərində, bütün cəbhəboyu qətlə yetirilən günahsız uşaqları bir daha xatırladır. Biz Zəhra balamızın xatirinə bu işğalçılıq siyasəti başlayandan indiyədək günahsız qətlə yetirilən körpələrimizin qanlı albomunu nəşr edib dünyaya yaymalıyıq. Bu, erməni terroristlərini qorxudur. Çünki ittihamlar sərtləşdikcə müdafiə zəifləyir. Düşmən hiss edir ki, dünya bir dəfə bezib “Dayan!” deyərək, hayqıra bilər və bunun nəticəsi onların işğalçılıq missiyasının sonu ola bilər.

Faşistləri, terroristləri bağışlamağın özü ən ağır cinayətdir. Alman faşistləri ideologiyalarını gizlətmirdilər, dünyanı dəyişmək, yeni qaydalar yaratmaq istəyirdilər. Erməni faşistləri isə avropalı sələflərindən qat-qat səviyyəsiz və qəddardırlar. Onlar elə fikirləşirlər ki, heç vaxt qisas məqamı gəlməyəcək, onlara verilən dəstək əbədi olacaq. Unudurlar ki, qisas qiyamətə qalmayacaq. Tanrı dünyanı elə nizamlayıb ki, hər şeyin əvvəli olduğu kimi, sonu da var! Erməni terroristlərinin tarixin dar ağacından asılacağı gün uzaqda deyil! Bu əcəli yaxınlaşdırmaq üçün kifayət qədər ağlımız, yetərincə gücümüz, Şanlı Ordumuz və ləyaqətli, müdrik Baş Komandanımız var.

Erməni terrorçuları Zəhranın şəkillərinin yayılmasından qorxur! Qorxur, ona görə ki, bu şəklin arxasınca daha müdhiş həqiqətlər üzə çıxar, uşaqlara qarşı törədilən minlərlə cinayətin üstü açılar. Amma qazandığımız müstəqillik bizə fürsət verir ki, erməni terrorizminin mahiyyətini açıqlayıb israrla dünyaya bəyan edək. Dağlıq Qarabağda hərbi cinayət törədənləri İrəvanda hakimiyyət kürsülərinə yox, layiq olduqları müttəhim kürsülərinə əyləşdirək, ədalətin və haqqın tələb etdiyi cəzaların onlara kəsilməsinə, inşaallah ki, nail olaq!

Sürəyya İSMAYILOVA,
  “İşgüzar Qadınlar İnkişaf Naminə” İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında