Çili senatoru ermənilərin təxribatını amansız terror hücumu adlandırıb

Çili Senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.

Çili Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri senator İvan Moreyranın Azərbaycanın Çilidəki səfirliyinə ünvanladığı məktubda mülki şəxslərin ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə edilib. Senator Alxanlı kəndində baş verən hadisəni amansız terror hücumu adlandırıb və qəti şəkildə pisləyib.

“Çili-Azərbaycan Dostluq Qrupunun prezidenti olaraq, sülhün qorunmasına olan dərin etiqadımı və hər şeydən öncə, mülki əhalinin zərər çəkməsinə, xalqları bir-birindən ayrı salan siyasi və ideoloji müxtəlifliyin cəzasını çəkməli olmayan günahsız uşaqların ölümünə səbəb olan şiddətə qəti etiraz edirəm. Şiddətə qarşı səsini çıxarmaq və terrorizmə qarşı mübarizəyə hədsiz bağlılığını bəyan etmək bütün beynəlxalq ictimaiyyətin mənəvi borcudur”, – deyə İ.Moreyra məktubda bildirib.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında