Elman MƏMMƏDOV: Ermənistanın növbəti qanlı cinayətinə beynəlxalq birliyin sərt reaksiyası diplomatiyamızın uğurudur

“Ermənistan hərbi birləşmələrinin son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi, mülki əhaliyə ciddi ziyan dəyməsi, xüsusilə 2 yaşlı uşağın faciəli ölümü  beynəlxalq  ictimaiyyətin hiddətinə səbəb olub.

Bu qanlı hadisə ilə bağlı dünyanın aparıcı təşkilatlarından, tanınmış ictimai-siyasi xadimlərdən, diplomatlardan və  aparıcı kütləvi informasiya vasitələrindən etirazlar gəlməkdə davam edir. Əvvəl-axır, dünya birliyi erməni vəhşiliyinə “Dayan!” deməli idi. Artıq beynəlxalq birlik də Ermənistan ordusunun vəhşiliyinə tab gətirə bilmədi”. Bu fikri  Milli Məclisin deputatı Elman MƏMMƏDOV bizimlə söhbət zamanı səsləndirdi.

Deputat qeyd etdi ki, o, erməni vandalizmi ilə hələ Xocalıda törədilən qətliamdan tanışdır. O zaman ermənilər faşistlərdən də betər qəddarlıq, amansızlıq nümayiş etdirmişdirlər: “İndi nə dəyişib? Erməni elə erməni olaraq qalıb. Həmişəki kimi, yenə də zalım, qəddar, qaniçən. Körpə uşağı amansızcasına qətlə yetirən bir millətə yalnız “qaniçən” adı vermək olar”.

E.Məmmədov, nəhayət ki, beynəlxalq birliyin Ermənistanın işğalçılıq siyasətindən, beynəlxalq hüquq normalarına hörmətsizliyindən və mülki əhalini qətlə yetirməsindən təngə gəldiyini  diqqətə çatdırdı və dedi ki, gec də olsa, həqiqət öz yerini tapdı: “Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək, əsas günahkarın məhz Ermənistan olduğunu göstərdilər. Bu , dövlət başçımızın həyata keçirdiyi uğurlu xarici siyasətin və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əsl həqiqətin dünya birliyinə olduğu kimi çatdırılmasının məntiqi nəticəsdir. Hətta ATƏT-in Minsk qrupu  həmsədrlərinin ikinci bəyanatında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə görünür. Məlum olduğu kimi, bu qurum uzun illər idi ki, Ermənistanın beynəlxalq hüququn normalarına hörmətsizliyinə, atəşkəs rejimini pozmasına biganə yanaşır, işğalçını öz adı ilə çağırmırdı. İndi isə artıq Minsk qrupu da əsl həqiqəti etiraf etmək məcburiyyətində qaldı”.

Deputat  qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə ABŞ Dövlət Departamentinin, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin  sədri Devid Makallisterin, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harmsın və Avropa İttifaqı– Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimin birgə bəyanatında da ermənilərin son təxribatından dərin narahatlıqlarını ifadə etmələri zamanın artıq Azərbaycanın xeyrinə işlədiyindən xəbər verir: “Sevindirici haldır ki, beynəlxalq birlik tərəfindən verilən bəyanatlarda Ermənistanın təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlət olduğu qeyd olunur”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında