İtaliyalı senator: Ermənistanın məqsədi sistematik təxribat və sabotajlarla status-kvonun saxlanılmasına nail olmaqdır

“İtaliya İrəli” (Forza İtalia) Partiyasından olan senator, İtaliya Senatının uşaqlar və yeniyetmələr daimi komissiyasının üzvü Maria Rizzotti Senatın ümumi iclasında çıxış edərək Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətlərdən danışıb və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə,  senator çıxışına bu sözlərlə başlayıb: “2017-ci il iyulun 4-də saat 20:40-da bəşəriyyətin gündəlik çətinliklərlə üzləşdiyi bir anda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub, iki nəfərin həyatına son qoyulub. Yalnız sülh və firavanlıq axtarışında olan əhaliyə qarşı yenidən terror törədilib. Ermənistan silahlı qüvvələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə və substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etməsinə məhəl qoymayaraq yaşlı qadını və onun iki yaşlı nəvəsini öldürüblər”.

Ermənistanın cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, xüsusilə qadın, uşaq və qocaların olduğu mülki əhaliyə qarşı qəsdən, sistematik xarakter daşıyan hücumlar etdiyini vurğulayan senator M. Rizzotti bildirib ki, mülki azərbaycanlı əhaliyə və mülki obyektlərə qarşı törədilən, terror hücumlarından da daha betər olan bu kimi hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

İtaliyalı senator əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin etməyi tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla, bir çox beynəlxalq sənədlər mövcuddur, lakin bu sənədlərin heç birinə Ermənistan tərəfindən məhəl qoyulmur və rəsmi İrəvanın məqsədi cəbhə xəttində törədilən son hadisə kimi sistematik təxribat və sabotajlar vasitəsilə status-kvonun saxlanılmasına nail olmaqdır.

Senator M. Rizzotti çıxışında qeyd edib ki, münaqişənin həllinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsindən ayrı baxıla bilməz və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişənin həlli üçün ən böyük maneədir. O deyib ki, Ermənistanın 2016-cı ilin aprel hadisələrindən dərs çıxarmalı, status-kvonun dəyişdirilməsini qəbul etməli, beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlardan yayınmağı dayandırmalıdır. Ermənistanın uzunmüddətli sülhə nail olmaq üçün substantiv və hərtərəfli danışıqlar aparmaq məqsədilə konstruktiv mövqedən çıxış etməli olduğunu vurğulayan senator M.Rizzotti çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Bu zorakılığa son qoyulmalıdır. Hələ nə qədər qan axıdılmalıdır ki, bu qırğına son qoyulsun? İtaliya hökuməti növbəti ildən ATƏT-ə sədrlik edəcəyini nəzərə alaraq bu dəhşətli münaqişənin qısa zaman ərzində həlli istiqamətində səylərini əsirgəməməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında