Raşida Dati: Ermənistan əsassız və qanunsuz siyasi tələbləri üçün mülki əhalini hədəfə almağı dayandırmalıdır

Avropa Parlamentinin üzvü, Fransa Senatının deputatı Raşida Dati Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun artilleriya atəşi nəticəsində dinc sakinlərin ölməsi ilə bağlı bəyanat verib.

Paris Azərbaycan evinin sədri Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, bəyanatda əvvəlcə qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir.

Bəyanatda deyilir ki, günahsız insanların öldürülməsi, qeyri-insani aktlar dayandırılmalıdır: “Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz. ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik. Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında