ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri erməni deputatın çıxışına tutarlı cavab verib

İyulun 5-də Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyasında Ermənistanın bu qurumda nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan çıxış edərək avropalı deputatların diqqətini ölkəsinin işğalçı hərbi qüvvələri tərəfindən törədilən növbəti qanlı cinayətdən yayındırmağa, erməni xislətinə xas olan hiyləgərliklə yalanlar uydurmağa çalışıb.

AZƏRTAC xəbər verir ki, Ermine Naqdalyanın çıxışından sonra yenidən söz alan Azərbaycan Milli Məclisinin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova erməni deputata cavab verərək aşağıdakı fikirləri söyləyib:

“Ötən ilin aprel hadisələrindən sonra Ermənistanda, eləcə də bütün dünyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa daha yaxın mövqelər yaranmağa başladı. Bir sıra fikirlər sırasında Assambleyada yeni həmkarımız, eyni zamanda, o vaxt öz ölkəsinin parlamentinin sədr müavini xanım Ermine Naqdalyanın status-kvonun davam etdirilməsinin qeyri-mümkünlüyü və yolverilməzliyi barədə dediyi sözlər Ermənistanda əməlli-başlı səs-küyə səbəb oldu.

O vaxt E.Naqdalyanın söylədiyi sözləri sitat gətirirəm: “Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərə iddia etmir. Biz sahib olmadığımız torpaqlarınızı qaytaracağıq. Bu torpaqları istəmirik. Bu, bizim üçün yalnız bufer zonadır”.

Naqdalyanın Ermənistan Milli Dirçəliş Partiyası üzrə həmkarları həmin vaxt onun bəyanatını pisləmiş, fikirlərini “arxadan vurulan zərbə” adlandırmışdılar.

Həmkarımız o böhranlı dövrdə həqiqəti demişdi. Hətta öz partiyası tərəfindən hücumlara məruz qalmasına baxmayaraq, cəsarətlə reallıqlar, Ermənistanın işğalçılıq mövqeyi barədə fikirlərini söyləmişdi. Fürsətdən istifadə edərək, gec də olsa buna görə ona təşəkkür etmək istəyirəm. Bəs nə üçün bu gün - bir il keçəndən sonra tamamilə başqa yanaşma müşahidə olunur. Bunu başa düşmək olmur. 

Mənə belə gəlir ki, siz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından danışanda indikindən daha səmimi idiniz.

Burada hamı bilir ki, ərazinin işğal edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və sonra baş verən bütün cinayətlərin səbəbi də budur.

Beləliklə, sizin qeyd etdiyiniz bütün halların tam və ətraflı araşdırılması, kimliyindən asılı olmayaraq, günahkarların məsuliyyətə cəlb olunması üçün, ilk növbədə, işğalı dayandırmaq lazımdır.

ATƏT PA-nın tribunası cəsarətli bəyanatlar və çağırışlar üçün daha münasib yerdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında