Andre Rişar: Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir

İyulun 4-də Füzuli rayonunda törədilmiş hadisəni eşitdim və çox kədərləndim. Həlak olan insanların ruhu qarşısında baş əyirəm, ailələrinə səbir diləyirəm. Günahsız körpənin münaqişənin qurbanı olması yolverilməzdir. Bu cür qanlı hadisələrin baş verməsinin əsas səbəbi münaqişədə status-kvonun hələ də davam etməsidir.

Bu fikri fransalı senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasından təəssüfləndiyini bildirən senator qeyd edib ki, bəzən bunu dondurulmuş münaqişə adlandırırlar. Amma Füzulidə baş verən qanlı hadisə bir daha göstərdi ki, bu, heç də belə deyil.

Ümid edirik ki, ATƏT-in Minsk qrupu, xüsusilə Fransa münaqişənin sülh yolu ilə həllində qətiyyətli addımlar atacaq. Fransanın yeni prezidenti Emanuel Makrondan bu sahədə gözləntilərimiz böyükdür. Bütün dünya birliyi, o cümlədən Fransa yaxşı bilir ki, bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və qeyri-qanuni olaraq işğal altında saxlanılır. Ermənilər Dağlıq Qarabağa qanunsuz iddialar irəli sürür. Dünənki qanlı hadisə isə ümumiyyətlə, Qarabağda deyil, yaxınlıqdakı Füzuli rayonunda baş verib. Bu hadisə Ermənistanın təcavüzkar siyasətini bir daha göstərdi.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qətnamələri qəbul olunub. Bütün qətnamələr erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Ermənistan BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyə məcbur edilməlidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır.

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında