Avropa Parlamentinin bu cür əsassız sənədləri Azərbaycana təzyiq vasitəsi kimi qəbul edilməlidir

Məlum olduğu kimi, bugünlərdə Avropa Parlamentində ölkəmizə qarşı Əfqan Muxtarlı ilə bağlı qərəzli qətnamə qəbul olunub. Qətnamə ilə bağlı Azərbaycan ictimaiyyəti, tanınmış ictimai-siyasi xadimlər öz kəskin etirazlarını bildiriblər. Avropa Parlamentinin qərarını əsassız hesab edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İctimai Birliyinin sədri Rasim Məmmədov deyib:

– Azərbaycana qarşı qəbul edilmiş son qətnamə Avropa Parlamentinin ölkəmizlə bağlı məsələlərə sağlam yanaşmadığını bir daha ortaya qoydu. Son qətnamə də, məncə, Azərbaycanın inkişafına olan etinasızlıqdan irəli gəlir. Bu cür əsassız sənədlər Azərbaycana təzyiq vasitəsi kimi qəbul edilməlidir. Avropa Parlamentinin bu qərarı ölkəmizə qarşı növbəti qərəzli addımdır. Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlərin əvvəllər də bir neçə dəfə sərinləşdiyinin şahidi olmuşuq. Hansısa daxili qüvvələrə qarşı Azərbaycan dövləti hər dəfə mövqeyini göstərəndə Avropada müəyyən qurumlar bundan narahat olur, sanki həmin qruplaşmaların fəaliyyətinə göz yummalıyıq kimi bizimlə davranmağa çalışırlar. Lakin məlumdur ki, indiki dövrdə qətnamələrlə, bəyanatlarla hər hansı məsələ həll olunmur. Çünki ən azı istintaq bitməmiş konkret səbəb göstərərək qətnamə qəbul etmək düzgün deyil. Bu, onlarda reallıq hissinin itdiyini, məsələlərə obyektiv baxış bucağından yanaşmaqda çətinlik çəkdiyini sübut edir. İstintaqın nəticəsi hələ yoxdur. Konkret söz demək mümkün deyil. Təbii ki, istintaq yekunlaşdıqdan sonra fikir irəli sürmək olar. Sadəcə, belə hallar işin gedişinə təsir kimi qiymətləndirilə bilər. Ona görə də indi tələsik qətnamə qəbul edilməsi heç cür anlaşılan deyil.

R.Məmmədov qeyd edib ki, bu kimi məsələlərdə ən optimal variant dialoqdur. İndiki şəraitdə suveren dövlətlə hər addımbaşı qərəzlə danışmaq yolverilməzdir. Bu, həmin qurumların missiyasını şübhə altına alır və dövlətlərdə onlara qarşı haqlı olaraq ikrah hissi yaradır. Azərbaycanın son illərdəki inkişafı göz qabağındadır. Ölkəmizdə multikultural, tolerant mühitin qərarlaşması, idman və digər sahələrdə təşkil etdiyimiz möhtəşəm tədbirlər dövlətimizin gücünü, tərəqqisini göstərir. Bu gün Azərbaycanda dövlətin QHT-lərə, media sektoruna qayğısı göz qabağındadır. Hər il büdcədən demokratiyanın və cəmiyyətdə sağlam ideyaların təbliğ olunması üçün kifayət qədər pul ayrılır. Bu il evsiz, şərait imkanları çətin olan media nümayəndələri üçün dövlətin qayğısının təzahürü olaraq mənzillər paylanılacaq. Bu kimi mütərəqqi addımları nəzərə almayıb, sadəcə istintaqı yekunlaşmamış bir məsələdən ötrü Avropa Parlamentinin qətnamə qəbul etməsinin bir adı var: qərəzkarlıq!

Avropa Parlamentinin rəhbərliyi anlamlıdır ki, Azərbaycan Avropa Birliyinin üzvü deyil və bu qurum qarşısında heç bir öhdəliyi yoxdur. Onların Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməyə cəhd etməsi hüquqi cəhətdən də ədalətli deyil. Ortaya haqlı bir sual da çıxır: Belə qətnamələr niyə işğalçılığı və terrorizmi, narkoticarəti dövlət siyasətinə çevirən, tamamilə diktatura ilə idarə olunan Ermənistana qarşı qəbul edilmir?

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında