Əli Həsənov: Ermənistanın cəbhədəki son təxribatlarını da qeyri-konstruktiv mövqe kimi dəyərləndiririk

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe dünya ictimaiyyətinə, həmçinin BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Parlamentinə, Avropa Şurasına və bu məsələ ilə məşğul olan digər qurumlara çatdırılıb. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalıdır, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 19-da jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov bildirib.

Əli Həsənov deyib: “Əlbəttə, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini anlayırıq. Ancaq əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Amma biz, eyni zamanda, konstruktiv sülhə nail olmağa hazırıq”.

Prezidentin köməkçisi vurğulayıb ki, həmsədrlərin Azərbaycana səfərləri vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir. Hesab edirik ki, istər ikitərəfli formatda, istər həmsədrlərin iştirakı ilə keçirilən görüşlər, istərsə də dövlət başçılarının, xarici işlər nazirlərinin görüşlərinin əksəriyyəti ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, Dağlıq Qarabağın və işğal altında olan digər torpaqların Azərbaycan Ordusu tərəfindən azad olunması faktı qaçılmazdır. 

Əli Həsənov qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti həmişə davam edib. Onlar indiyə qədər bu siyasətə heç zaman ara verməyiblər. Sadəcə olaraq, müəyyən məqamlarda bir qədər geri çəkiliblər, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar. Bütövlükdə biz 1990-cı illərdən başlayaraq, bu günə qədər bir dəfə də ermənilərin bu məsələdə təxribatsız ötüşdüyünün şahidi olmamışıq. Onlar davamlı olaraq təxribata əl atırlar. Xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmdə səylərin artdığı zamanda belə təxribatlara əl atırlar, cəbhə bölgəsində qarşıdurmanı gücləndirməyə və beynəlxalq aləmdə antiazərbaycan mövqelərini bu fonda gizlətməyə çalışırlar. Digər tərəfdən də ölkə daxilində əhalinin Ermənistan hakimiyyətinə, iradəsiz rejimə olan narazılığını ört-basdır etməyə çalışırlar. Ona görə də biz bu təxribatları da əvvəlki təxribatlar kimi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndiririk.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında