Cavanşir Feyziyev: Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı müzakirələrin aparılması yersizdir

Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı müzakirələrin aparılması yersizdir. Azərbaycanın hüquq-mühafizə orqanları cəmi bir neçə gün əvvəl həbs olunan Əfqan Muxtarlının sərhədi qanunsuz keçməyə, gömrük baxışından kənar pul vəsaitlərini sərhəddən qeyri-qanuni keçirməyə cəhd etməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmaması barədə rəsmi məlumat yayıblar.

İstintaq yeni başlanır və hadisənin təfərrüatları hələlik tam təsbit olunmayıb. Buna baxmayaraq ölkəmizə qarşı hər zaman təxribatçılıq etməyə hazır olan qüvvələr dərhal hadisəni siyasiləşdirməyə çalışıb və Əfqan Muxtarlının guya jurnalist fəaliyyəti ilə bağlı həbs olunması haqqında əsassız şayiələr yaymaqla məsələnin Avropa Parlamentinin iclasında müzakirəyə çıxarılmasına nail olublar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.

C.Feyziyev qeyd edib ki, bununla belə, müzakirədə iştirak edən Avropa deputatlarının 50 faizə yaxını hadisənin əsl mahiyyətini öyrənmədən məsələnin səsverməyə çixarılmasının əleyhinə olduqlarını bildiriblər. Bu, onu deməyə əsas verir ki, avropalı həmkarlarımızın heç də hamısı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında iştirak etməyib. Təəssüfləndirici hal ondan ibarətdir ki, bəzi deputatlar regionda mövcud geosiyasi durumu nəzərə almadan, baş vermiş adi bir kriminal hadisədən siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərini anlamadan bu müzakirələrdə iştirak edib və təklif olunan qətnamə layihəsini dəstəkləyiblər. Bu qətnamədə baş vermiş hadisənin ciddi şəkildə araşdırılmasına və qanunauyğun addımlar atılmasına çağırışla yanaşı, Əfqan Muxtarlının dərhal və qeyd-şərtsiz həbsdən azad olunması tələb olunur ki, bu da qanunvericiliyə zidd tələbdir. Hər hansı bir şəxsin həbs olunub-olunmaması ölkənin qanunvericiliyinə əsaslanmalıdır və bu, müvafiq icra strukturlarının səlahiyyətinə daxil olan məsələdir. “Biz əminik ki, Azərbaycan hüquq-mühafizə orqanları göstərilən faktı araşdıraraq qanunauyğun nəticəyə gələcək. Avropa Parlamenti üzvlərinin digər bir dövlətin hüquq-mühafizə və məhkəmə orqanlarına hər hansı göstəriş verməsi məntiqdən uzaqdır. Bütün bunlara baxmayaraq, biz Avropa Parlamenti ilə əməkdaşlığımızı daha konstruktiv əsaslar üzərində, qəbul edilmiş beynəlxalq normalar çərçivəsində davam etdirməyə hazırıq və hesab edirəm ki, bu kimi hallar Avropa İttifaqı–Azərbaycan əlaqələrinə xələl gətirməyəcək”, - deyə C.Feyziyev bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında