Fuad Muradov: Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıqdan və qərəzdən irəli gəlir

“Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıqdan və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı qəbul olunmuş qərəzli qətnaməni şərh edərkən deyib.

Deputat Avropa Parlamentinin bu qərarını ölkəmizə qarşı növbəti qərəzli addım kimi qiymətləndirib. O, Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlərin bundan əvvəl də hamar olmadığını xatırladaraq bildirib ki, sözügedən qətnamənin belə təcili qəbul edilməsi ikitərəfli əməkdaşlığa kölgə salan məsələdir: “İndiki dövrdə qətnamələrlə, bəyanatlarla hər hansı məsələ həll olunmur. Onların konkret səbəb göstərdikləri məsələ ilə bağlı qətnamə qəbul etmələri doğru hal deyil. Çünki hələ istintaq davam edir. İstintaqın nəticəsi olmadığına görə konkret söz demək mümkün deyil. Təbii ki, istintaq yekunlaşdıqdan sonra fikir irəli sürmək olar. Sadəcə belə hallar işin gedişinə təsir kimi qiymətləndirilə bilər. Ona görə də indi tələsik qətnamə qəbul edilməsi heç cür başadüşülən deyil”.

F.Muradov bir daha vurğulayıb ki, dialoq hansısa problemin həlli üçün ən yaxşı variantdır: “İstənilən məsələ dialoq çərçivəsində əməkdaşlıq yolu ilə aradan qaldırılmalıdır. Dialoq ən optimal variantdır və buna üstünlük verilməlidir. İndi elə bir zamana gəlib çatmışıq ki, beynəlxalq hüquq da heç bir təşkilata əsas vermir ki, hansısa dövlətlə bəyanat və ya qətnamə dili ilə danışsın”.

Komitə sədri bildirib ki, bütün bunlara baxmayaraq, ilk dəfədir Avropa Parlamenti deputatlarının yarıdan çoxu Azərbaycanla əməkdaşlığa üstünlük veriblər: “İnanmaq istəyirik ki, Avropa Parlamentinin deputatları Azərbaycanla Avropa İttifaqı arasındakı böyük layihələri nəzərə alacaq və ölkəmizə qarşı belə qərəzli əməllərindən əl çəkəcəklər. Onlar istənilən halda seçicilərinin maraqlarına uyğun hərəkət nümayiş etdirməlidirlər”.

Deputat əlavə edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığından Avropa Parlamentinin tələsik qəbul etdiyi həmin qətnamənin hüquqi qüvvəsi də yoxdur: “Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var. Biz bu məsələni diqqətdə saxlamalıyıq. Ona görə ki, bəzi qüvvələr Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı deyillər və münasibətlərin pozulmasının  tərəfdarıdırlar. Azərbaycan hüquqi dövlətdir və beynəlxalq təşkilatlarla əməkdaşlığa çalışır. Ölkəmiz bunu yalnız sözdə deyil, apardığı dövlət siyasətində də göstərir. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir və dünyanın bütün beynəlxalq təşkilatları ilə əməkdaşlıqda maraqlıdır. Amma qarşı tərəf bu əməkdaşlıqda maraqlı deyilsə, o zaman ikitərəfli münasibətlərin pozulmasında günahkar Azərbaycan deyil. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanla Avropa İttifaqının böyük layihələri var. Mütləq həmin qüvvələr bunu nəzərə almalıdırlar. Başqa alternativ yol yoxdur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında