QDTİB “Cənub” qaz dəhlizinin maliyyələşdirilməsində iştirak etmək niyyətindədir

“Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankındakı sərmayə payı 5 faizdir, kreditlərimizdəki payı isə 7,2 faizdir. Bu rəqəm bizim üçün kifayət deyil, bu payın daha da artırılmasını istəyirik. Bu məqsədlə özümüzü Azərbaycanın biznes mühitinə daha da tanıdıb, Azərbaycanda daha çox investoru əhatə edən bir bank olmaq niyyətindəyik”.

“APA-Economics” xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlı deyib.

“Azərbaycan yeganə ölkədir ki, biz buradakı bankların birində paya sahibik. Bu, bizim Azərbaycanın maliyyə sisteminə olan etibarımızın göstəricisidir”, – deyə o, bildirib.

Bank prezidentinin sözlərinə görə, QDTİB “Cənub” qaz dəhlizinin maliyyələşdirilməsinə də qatılmaq niyyətindədir: “İlk növbədə, burada Azərbaycan hökuməti bizə yardım etməlidir. Maliyyələşmənin dəyəri hələlik bəlli deyil. Bu, bizdən istəniləcək rəqəmdən asılıdır. Bu layihə bir neçə ölkəni əhatə edən nəhəng bir layihə olduğu üçün biz bu layihənin tərkib hissəsi olmaq istəyirik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında