Qulamrza Səbri Təbrizi: Dünyanın super dövlətinin Azərbaycanla əməkdaşlığa önəm verməsi təqdirəlayiqdir

ABŞ Prezidenti Donald Trampın qısa vaxt ərzində Azərbaycanın dövlət başçısına iki təbrik məktubu ünvanlaması ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.  Xarici ölkələrdə yaşayan soydaşlarımız da bu məsələdən çox məmnun qalıblar. Azərbaycan diasporunun görkəmli  nümayəndələrindən biri, Şotlandiyanın Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi əməkdaşımızla söhbətində demişdir:

– Mən ABŞ dövlətinin başçısının hər iki məktubunu dərin diqqətlə oxudum. Hər iki sənəddə iki ölkə arasında ictimai-siyasi, iqtisadi, xüsusi ilə enerji sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq təklif olunur.

Məxsusi vurğulamaq istəyirəm ki, məktubların məramı, ruhu məni çox qane etdi. Belə ki, bu gün dünyanın yeganə super gücü olan Birləşmiş Ştatlar kimi qüdrətli bir dövlətin başçısı rəsmi Bakıya bərabərhüquqlu əməkdaşlıq təklif edir. Bu, ona dəlalət edir ki, Azərbaycan beynəlxalq səviyyədə özünə güclü, etibarlı tərəfdaş kimi dərin inam qazanıb.

Bəli, reallıq budur ki, hazırda Azərbaycan sürətlə inkişaf və tərəqqi edən, müstəqil siyasət yeridən bir dövlətdir. Bu, dünyanın hər yerindən görünür. ABŞ-ın yeni administrasiyası da bunun fərqindədir və haqlı olaraq ölkəmizlə sıx əməkdaşlığın hər iki dövlət üçün faydalı olacağını düşünür.

Azərbaycanın uğurlu xarici siyasətinin əsasında ulu öndər Heydər Əliyevin dahiyanə surətdə işləyib hazırladığı, müdrikcəsinə həyata keçirdiyi Böyük Azərbaycançılıq fəlsəfəsi dayanır. Dahi siyasətçi ölkəmizin dünyanın bütün ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Biz bu siyasətin bəhrəsini görürük. 

Yaxşı haldır ki, bu uğurlu xarici siyasət xətt ulu öndərin ən layiqli davamçısı, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən ölkəmizin milli maraqları tam qorunaraq, yeni reallıqlara uyğun şəkildə davam etdirilir. Azərbaycan diasporu buna son dərəcə sevinir və bundan qürur hissi keçirir. 

Azərbaycan xalqının dünyanın super güclərindən, xüsusilə ABŞ-ın yeni administrasiyasından gözləntiləri də var. Biz ümid edirik ki, cənab Donald Tramp Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda qətiyyət və cəsarət göstərərək xalqımızın haqq işini dəstəkləyəcək. 

Söhbəti qələmə aldı:
 Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında