Vsevolod Matveyev: Sovet İttifaqında böyrəklərin polikistozu probleminin birinci tədqiqatçısı akademik Mirməmməd Cavadzadə olub

Mən özümü xoşbəxt sayıram ki, akademik Mirməmməd Cavadzadə ilə şəxsən tanış idim. Onun çoxtərəfli fəaliyyəti təbabətin nəzəri məsələləri ilə bərabər, elmi-təşkilati işləri də əhatə edirdi, 12 il bundan əvvəl Bakıda keçirilmiş elmi-praktiki konfransda onunla bərabər bu tədbirin həmsədri olmuşam.

Bundan əlavə, mənim atam – N.N.Bloxin adına Rusiya Onkoloji Mərkəzinin (ROM) Urologiya klinikasının rəhbəri və Rusiya onkourologiya elminin əsasını qoyanlardan biri olmuş professor Boris Matveyev də onunla şəxsən tanış idi. Atam akademik Cavadzadə haqqında həmişə yüksək fikir söyləyir, onu böyrəklərin polikistozu kimi mürəkkəb bir problemi araşdırmış və öyrənmiş nadir mütəxəssis kimi səciyyələndirirdi. O vaxt Sovet İttifaqında heç kəs bu problemlə məşğul olmurdu. Bu yolu birinci keçən Cavadzadə olub.

Akademik Mirməmməd Cavadzadənin 90 illiyi münasibətilə keçirilən beynəlxalq konfransın iştirakçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Mərkəzinin urologiya şöbəsinin müdiri professor Vsevolod Matveyev bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

V.Matveyev daha sonra deyib: “Sizin ölkənizdə urologiya elminin inkişafı və uğurları akademik Cavadzadənin adı ilə bilavasitə bağlıdır. Müasir texnologiyalar sürətlə inkişaf edir. Buna görə onların 50 il bundan əvvəl də bugünkü səviyyədə olduğunu söyləmək gülməli olardı. Lakin Azərbaycanda bugünkü urologiyanın təməlini məhz akademik  Cavadzadə və onun məsləkdaşları yaradıb. Cavadzadə bu insanlara yol verir və onları dəstəkləyirdi. Bundan əlavə, görkəmli uroloq və pedaqoq urologiya sahəsində sovet kadrlarının hazırlanmasına layiqli töhfə verib. O, həqiqətən böyük insandır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında