Elman MƏMMƏDOV: ABŞ Prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir

“ABŞ Prezidenti Donald Trampın 28 May Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoymasından xəbər verir. Donald Tramp Azərbaycan və ABŞ, eləcə də dünya birliyi üçün daha  əlverişli gələcək naminə dövlətimizin başçısı ilə fəal  tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirmişdir”.

Milli Məclisin deputatı Elman Məmmədov bu fikirləri  ABŞ Prezidenti Donald Trampın ölkəmizin rəhbərinə ünvanladığı məktublara münasibət bildirərkən səsləndirib. Deputatın qənaətinə görə, dünyanın fövqəldövlətinin başçısının yazdığı təbrik məktublarından bir daha aydın olur ki,  Ağ ev rəhbərliyi Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir: “Donald Tramp ABŞ-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərinin artırılmasına çalışacağını bəyan edib. Onun qısa vaxt ərzində Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub göndərməsi də bundan xəbər verir. Bu məktublar Azərbaycan Prezidentinə olan hörmət və dəyərin təzahürüdür. Bu, onu göstərir ki,  Azərbaycanla ABŞ arasında bütün istiqamətlərdə münasibətlər  yeni müstəviyə qədəm qoyacaq və əməkdaşlıq getdikcə  genişlənəcək”.

Deputatın fikrincə, Ağ ev rəhbərliyinin Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsində və beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq istəyində olması ölkəmizin beynəlxalq birlikdə atran reytinqinin göstəricisidir. Eyni zamanda, bu, həm də Azərbaycanın dünya birliyindəki mövqeyinin möhkəmlənməsinin nəticəsidir: “Donald Trampın təbrik məktubları Prezident İlham Əliyevin  uzun illər apardığı uğurlu xarici siyasətin nəticəsidir. Dünyanın supergüc dövlətinin başçısının respublikamızın rəhbərinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləməsi, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasına maraq göstərməsi Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiyanın uğurudur”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında