Ziyafət Əsgərov: ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır

Bizim Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz hər zaman yaxşı olub.

Bu sözləri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Z.Əsgərov qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ərəb-İslam-Amerika Sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda, Donald Tramp 28 May- Respublika Günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etdi. ABŞ Prezidentinin XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransına ünvanlanmış məktubundan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır.

“Əlbəttə bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir. Kimsənin kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında ölkələrin daxili işinə qarışması düzgün siyasət deyil və nəticə vermir. Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub”, – deyə Z.Əsgərov bildirib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında