Avrasiya Komitəsinin rəhbəri: Azərbaycan diasporu Rusiya-Türkiyə münasibətlərinin inkişafında önəmli rol oynayır

Rusiyadakı Azərbaycan diasporu yetərincə güclü və nüfuzludur. İnanıram ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyəti Rusiya qanunvericiliyinin tələbləri çərçivəsində tezliklə bərpa olunacaq.

 Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiyada türk diaspor təşkilatlarından biri olan Avrasiya Komitəsinin rəhbəri Əli Qalib Savaşır deyib.

ÜAK-ın bağlanması xəbərini böyük təəssüf hissi ilə qarşıladığını bildirən Əli Qalib Savaşır konqresin qeydiyyatının tezliklə bərpa ediləcəyinə əminliyini bildirib.

O əlavə edib ki, Azərbaycan diasporu Rusiya ilə Türkiyə arasında dostluq münasibətlərinin inkişafında da önəmli rol oynayır.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında