Deputat: ÜAK-ın ləğvi Rusiyanın da dövlət maraqlarına vurulan zərbədir

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər:  “Təbii ki, bu, iki ölkə arasındakı əlaqələrə təsirsiz ötüşə bilməz və ötüşməyib də. Bu, Azərbaycan-Rusiya əlaqələrinin elə bir mərhələsində olub ki, Azərbaycan-Rusiya əlaqələri  ölkəmiz müstəqillik əldə edəndən heç belə hamar müstəvidə olmayıb. Kəşməkeşli yollar keçmişik, bu bölgədə zamanında qatı antirusiya əhval-ruhiyyəsi olub və bu, əsassız deyildi. Amma Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra ulu öndər Heydər Əliyevin təklif etdiyi əməkdaşlıq, – mehriban qonşuluq modeli dəstəkləndikdən sonra bu əlaqələr normallaşmağa başladı və strateji tərəfdaşlığa qədər gəlib çatdı. Artıq Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru irəliləyən bir əlaqə idi. Dövlət başçıları da öz görüşlərində dəfələrlə vurğulayıblar ki, Azərbaycan-Rusiya əlaqələri digər dövlətlər üçün, o cümlədən MDB dövlətləri arasında örnək sayıla biləcək səviyyədədir. Belə reallıqda bu cür addımın atılması təkcə Azərbaycanın maraqlarına, Rusiyadakı soydaşlarımızın maraqlarına vurulan zərbə deyil. Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına da vurulan zərbədir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında