Deputat Rövşən Rzayev: ÜAK-ın ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib

Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır”.

Rusiya ilə Azərbaycanın müttəfiq ölkə olduğunu xatırladan deputat hesab edir ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında