Elman NƏSİROV: Rusiyada müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi iki dövlətin münasibətlərini korlamaqdır

Rusiya Federasiyası Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması barədə iddiasını təmin edərək, bu barədə qərar qəbul edib. Rusiya ilə Azərbaycan arasında münasibətlərin həmişə yüksək səviyyədə olması və bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etməsinin diqqətdən kənarda qalması təəccüb doğurur. Ədliyyə Nazirliyinin  bu ölkənin Ali Məhkəməsi qarşısında belə bir iddia qaldırması və iddianın təmin olunması həm politoloqlar, həm də tanınmış ictimai – siyasi xadimlər tərəfindən kəskin pislənilir və anlaşılmaz addım kimi dəyərləndirilir.

Rusiya Federasiyası Ali Məhkəməsinin belə qərar qəbul etməsi Azərbaycan ictimaiyyətində ciddi  narahatlıq yaradıb. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov ÜAK-ın qeydiyyatının ləğv edilməsinə münasibət bildirərkən deyib ki, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə salır. Onun sözlərinə görə, son illər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: “Belə olan təqdirdə Rusiya Federasiyası Ali Məhkəməsinin qəbul etdiyi bu qərar iki ölkə arasında  münasibətlərə ciddi ziyan vura bilər. Rusiya – Azərbaycan münasibətləri çox parametrlərlə inkişaf etməkdədir. Fundamental məsələlərdə Azərbaycanla Rusiyanın mövqeyi daim üst-üstə düşür. Bəzi ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan heç vaxt qoşulmayıb. Hətta həmin ölkələr tərəfindən Azərbaycana bununla bağlı təzyiqlər də edilib. Amma buna baxmayaraq, Azərbaycan heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb".

E. Nəsirov bu qərarın iki ölkə arasında dostluq münasibətlərinin pozulması istiqamətində xaincəsinə atılan addım olduğunu bildirib. Deputat, həmçinin qeyd edib ki, Rusiyada müəyyən siyasi dairələrin, xüsusilə, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirmək, iki dövlətin münasibətlərini korlamaq və bundan öz məqəsədləri üçün istifadə etməkdir. Onun qənaətinə görə, Rusiyadakı antiazərbaycan dairələr, daha çox erməni lobbisi iki ölkə arasındakı isti  münasibətləridən təşvişə düşüblər.

Hazırda Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır. Onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında  daim öz fəallıqları ilə seçiliblər. Bu gün də bu proses davam etməkdədir: “Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergi ödəyiciləridir. Bundan başqa, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolunu oynayır, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır".

E.Nəsirov Ali Məhkəmənin bu qərarını kəskin pisləyərək deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə vermiş, iki dövlətin xalqları, vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafına mütəmadi olaraq  yardım etmişdir: “İnanırıq ki, Rusiya rəhbərliyi bu məsələyə obyektiv müdaxilə edəcək, erməni lobbisi və antiazərbaycan dairələrin bu çirkin, araqarışdırıcı niyyəti baş tutmayacaq".

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında