Muhiddin Əhməd: Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi möhtəşəm idi

Bu günlərdə Azərbaycan paytaxında keçirilən IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları və çoxsaylı qonaqları arasında Banqladeş nümayəndə heyətinin texniki direktoru Muhiddin Əhməd də var. Dünən bizimlə söhbətində banqladeşli qonaq Bakıya gəlişindən çox məmnun qaldığını bildirərək bunları dedi:

– Tədbirin açılış mərasimi öz originallığı, qeyri-adiliyi ilə məni heyran etdi. Qeyd etmək istəyirəm ki, dünyanın bir sıra ölkələrində belə nüfuzlu tədbirlərdə dəfələrlə iştirak etmişəm. Lakin tam səmimi etiraf edirəm ki, mayın 12-də Bakı Olimpiya Stadionunda bu tədbirin rəsmi açılış mərasimi zamanı gördüyüm səhnəni hələ bu vaxta qədər heç bir yerdə müşahidə etməmişəm. Bəli, açılış mərasimi çox möhtəşəm idi. 

Bakıda bütün idmançıların gərgin və ədalətli idman mübarizəsində yarışmaları üçün hər cür şərait yaradılıb. Bizim nümayəndə heyətinin hər bir üzvü “Atletlər kəndi”ndəki şəraitdən olduqca razıdır. Hesab edirəm ki, bu tədbirə qatılan hər bir idmançı əlini ürəyinin üstünə qoyub tam səmimiyyətlə mənim fikrimi təsdiq edə bilər. Bir daha deyirəm: Bizə göstərilən qayğı və diqqətdən çox razıyıq!

Bir məqamı da vurğulamaq istəyirəm: Hər bir yarışa qatılan idmançı, təbii ki,  öz xalqını, dövlətini ləyaqətlə təmsil etməyə, ilk növbədə, qələbə qazanmağa cəhd edir. Bizim idmançılar da bir sıra idman növləri üzrə yaxşı nəticələr əldə etmək əzmindədirlər. Lakin idman təkcə qələbə və məğlubiyyətdən ibarət deyil. İdman həm də sülh, dostluq, həmrəylik deməkdir.

Çox yaxşı haldır ki, Bakı şəhəri, bütövlükdə, Azərbaycan təkcə regionda deyil, bütün dünyada tolerantlıq, həmrəylik mərkəzinə çevrilib. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqlı olaraq dedi ki, bu nüfuzlu Oyunlar qədim və zəngin mədəniyyətə malik İslam aləmini bir araya gətirir. Müstəqil Azərbaycan dövlətinə, onun xalqına bu ali missiyanı öz üzərinə götürdüyü üçün dərin  minnətdarlığımı bildirirəm.

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında