Əli HƏSƏNOV: Azərbaycanın məqsədi xalqlar, dövlətlər və millətlər arasında həmrəyliyə nail olmaqdır

Keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın yürütdüyü siyasətin məqsədi xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dini-etnik müxtəlifliyin, multikultural dəyərlərin təşviqinə yönəlmiş siyasətinin əyani təsdiqidir.

Azərbaycanın turizmi inkişaf etdirmək siyasəti yürütdüyünü qeyd edən Əli Həsənov deyib: “Bu forumda iştirak edən qonaqlar, nümayəndə heyətlərinin üzvləri potensial turistlərdir. Onlar Azərbaycanda inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın qonaqpərvərliyini görürlər və öz ölkələrinə qayıdanda ailə üzvlərinə, dostlarına bu barədə danışacaqlar. Bu baxımdan bu tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti forumun açılış mərasimindəki nitqində ölkəmizə regionda və dünyada nüfuz qazandıran siyasətin prioritetlərini açıqladı. Birinci vitse-prezident Mehriban Əliyevanın forumdakı çıxışında səsləndirdiyi fikirlər, panel sessiyalarda aparılan müzakirələrdə deyilənlər sübut edir ki, Azərbaycan doğru yoldadır və bu yolla inamla irəliləyir”.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında