Tomas Rajakoviç: Mədəniyyətlərarası dialoq olan yerdə həmişə sülh, əmin-amanlıq olur

Bakıda keçirilən IV Beynəlxalq Dialoq Forumunda iştirak edən çoxsaylı qonaqlar arasında Avstriya Xalq Partiyasının Şəhər Şurasının üzvü Tomas Rajakoviç də var. Tədbir iştirakçısı forumun əhəmiyyəti barədə bunları dedi:

– Bu gün dünyada belə forumların keçirilməsi çox əhəmiyyətlidir və bir çox vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Forumda dünyanın çoxlu sayda ölkəsindən, beynəlxalq təşkilatlardan nümayəndələr, nüfuzlu ictimai-siyasi xadimlər iştirak edirlər, geniş fikir və təcrübə mübadiləsi aparırlar.

Mən hesab edirəm ki, mədəniyyətlərarası dialoq olan yerdə həmişə sülh, əmin-amanlıq olur. Bu baxımdan Bakıda keçirilən bu forumu yüksək qiymətləndirirəm və belə bir imkan yaratdığına görə Azərbaycan dövlətinə dərin təşəkkür edirəm.

Mən forumda Azərbaycan Prezidenti,  çox hörmətli cənab İlham Əliyevin dərin məzmunlu, parlaq nitqini böyük maraqla dinlədim. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, müstəqil Azərbaycan hazırda bütün dünyada tolerant və multikultural dəyərlərə sədaqət göstərən bir ölkəyə çevrilib. Mən düşünürəm ki, möhtərəm Prezidentin qeyd etdiyi bu amillər, üstəgəl səriştəli idarəçilik bütün sahələrdə sizin xalqınızın və dövlətinizin uğurlarını daha da artıracaq. 

Bir məqamı da vurğulamaq istəyirəm. Forum çox mühüm məsələlərə həsr olunub. Belə ki, tədbir çərçivəsində keçirilən sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzular müzakirə olunur. Bu mövzuların hər biri üzrə keçirilən işgüzar müzakirələrin faydalı olacağına əminəm.

Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq Bakını çox bəyəndiyini də bildirib: “Birinci dəfədir Azərbaycana gəlirəm. Bakını belə təsəvvür etmirdim, çox gözəl şəhərdir. Azərbaycan paytaxtının sakinləri də çox mehriban və qonaqpərvər insanlardır. Macal düşən kimi yenidən bu əsrarəngiz şəhərə gələcəyəm”.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında