Bolqarıstanın vitse-prezidenti: Ekstremizm din və sərhəd tanımır

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirələr zamanı Bolqarıstanın vitse-prezidenti İliana İotova bildirib ki, ekstremizm din və sərhəd tanımır.

 İliana Yotova qeyd edib ki, bu gün terrorçuluq mürəkkəb forma almışdır: “Dini və ideoloji mübarizə bu gün təhlükəyə çevrilib. Biz buna son qoymalıyıq. Radikallıq indi xalqların mədəni irsinə də təhlükə törədir”.

Vitse-prezident terrorçuluğun, baş verən hadisələrin  səbəblərini müəyyən etmədən ekstremizmlə effektiv mübarizə aparmağın mümkün olmadığını vurğulayıb: “Bunun üçün biz real siyasi iradə nümayiş etdirməliyik”.

İliana İotova bildirib ki, bu məsələdə əsas rolu gənclik oynayır: “Məni bizim gənclərimiz çox narahat edir. Biz təkcə onların müdafiəsi ilə məhdudlaşmamalıyıq, onlara qulaq asmaq, fikirlərini dinləmək lazımdır. Biz uşaqlarımıza təhsil verməliyik. Onları erkən yaşlardan maarifləndirməli, gənclərdə ailəyə, doğma ölkəyə məhəbbət, eləcə də başqalarına, başqa mədəniyyətlərə və ölkələrə hörmət aşılamaq lazımdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında