R.S.Fonia: Bakı forumu yeni qlobal təşəbbüslər üçün əlverişli meydandır

 Mayın 4-də Bakıda IV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun mövzusu “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar”dır. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilir.

Dünən Azərbaycan paytaxtında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısı keçirilib. Tədbirin  iştirakçıları arasında Hindistan Memarlıq Tədqiqatları Mərkəzinin direktoru, doktor R.S.Fonia da var. O, qəzetimizin əməkdaşı ilə söhbətində forumun əhəmiyyəti barədə bunları deyib:

– Dərin mnnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, forum Azərbaycan Prezidenti, çox hörmətli İlham Əliyevin hələ 2008-ci ildə irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü çərçivəsində həyata keçirilir. Dünyanın bu qədər görkəmli liderlərinin, tanınmış siyasətçilərin, elm və mədəniyyət xadimlərinin Bakıda bir araya gəlməsi bu nüfuzlu tədbirin nəticələrinin müsbət olacağına əminlik yaradır. 

 Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Hazırda Bakı şəhəri dünyada multkultiralizm mərkəzlərindən biri olaraq tanınır. Əminəm ki, Azərbaycan paytaxtı xalqlar və mədəniyyətlər arasında yeni təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əla meydandır.

Bu gün UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısında məxsusi olaraq vurğulandı ki, bir vaxtlar Şərqlə Qərbi birləşdirən qədim İpək Yolu başqa ölkələrdə olduğu kimi, Azərbaycan tarixində də zəngin irs qoyub. Yeri gəlmişkən, ötən əsrin sonlarında tarixi İpək Yolunun mədəni əhəmiyyəti yenidən artmağa başladı. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan dövləti  Şərqi və Qərbi birləşdirən layihələrdə fəal iştirak edir, dünyada sülh və əmin-amanlığa öz töhfəsini verir.

Dünyanın və bəşəriyyətin inkişafı və tərəqqisi yalnız dialoq və əməkdaşlıqdan keçir. Bu mənada IV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu dünya xalqları üçün böyük əəhəmiyyət kəsb edir.

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında