Azərbaycan üçün fərəhli və ümidverici bir hesabat

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan və xalqımız tərəfindən rəğbətlə qarşılanan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün növbəti ildönümü hər yerdə geniş qeyd edilir. Çünki bu gün müxtəlif səbəblərdən dünyanın bütün nöqtələrində yaşayan azərbaycanlıların birliyinə, həmrəyliyinə möhkəm zəmin yaratmışdır. Məhz belə bir həmrəylik gününün yaratdığı birlik beynəlxalq aləmdə Azərbaycanın səsinin eşidilməsində, Qarabağ həqiqətlərinin dünya ölkələrinə çatdırılmasında mühüm rol oynamışdır. Həmrəyliyimizin sarsılmazlığı, daimiliyi Azərbaycanın qüdrətinin, dinamik inkişafının gündən-günə artmasının mayasına çevrilmişdir.
Həmrəylik bayramımız Yeni - 2011-ci ilin gəlişinin ilk sədalarını da bizə birinci olaraq çatdırır. Yeni il köhnə ilin hesabatının son akkordlarından başlayır. Belə hesabat Azərbaycan üçün fərəhli və ümidverici bir hesabatdır. Ölkəmizin bütün əmək kollektivləri kimi Azərbaycan Tibb Universitetinin kollektivi də bu hesabatdan məmnunluq duyur. 2010-cu il kollektivimiz üçün də yaddaqalan, uğurlu bir il olmuşdur. Azərbaycan Prezidenti zati-aliləri möhtərəm cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu ilin oktyabr ayının əvvəlində Azərbaycan Tibb Universitetinə təşrif buyurmaları, onların 2007-ci ildə təməlini qoyduqları ATU-nun çoxprofilli terapevtik klinikasının açılışında iştirak edərək, onu universitetimizin professor-müəllim heyətinə, tələbələrinə, ölkəmizin bütün tibb işçilərinə hədiyyə etmələri ilin ən parlaq anlarından olmuş, tarixin yaddaşına əbədi həkk edilmişdir.
2010-cu il həm də Azərbaycan Tibb Universitetinin 80 illik yubiley ili olmuşdur. Yubiley ərəfəsində ölkə Prezidentindən modern təchizata malik belə bir gözəl hədiyyə qəbul etmək kollektivimiz tərəfindən fərəhli bir coşqu ilə qarşılanmışdır. Yubiley ərəfəsində həm də ATU-nun 80 nəfər əməkdaşı Vətənin yüksək təltiflərinə, fəxri adlara, Prezident təqaüdünə layiq görülmüşlər. Fürsətdən istifadə edərək möhtərəm cənab Prezidentimizə ATU kollektivinə göstərdiyi bu diqqət və qayğıya görə əməkdaşlarımız adından dərin minnətdarlığımızı bildirirəm.
Belə bir xoş əhval-ruhiyyə ilə xalqımızı 31 dekabr Həmrəylik Günü və Yeni - 2011-ci ilin gəlişi münasibətilə Azərbaycan Tibb Universitetinin prfessor- müəllim heyəti və tələbələri adından, eləcə də öz adımdan ürəkdən təbrik edir, hamıya ən xoş arzularımı, səmimi duyğularımı yetirirəm.{nl}

Əhliman ƏMİRASLANOV, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında