Allahşükür PAŞAZADƏ: Dindən istifadə edən bəzi qüvvələrin dövlətçiliyimizə zərər vurmaq cəhdləri təəssüf doğurur

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Şeyxülislam baş verənlərlə bağlı artıq hər kəsin məlumatlı olduğunu qeyd edib. O deyib: “Biz dövlətimizi, onun qəbul etdiyi qərarı dəstəkləyirik. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məscidin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair tapşırıq verib. Dindarlarımız dövlətimizin başçısının bu qərarını minnətdarlıqla qarşıladılar.

Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Həmin üzdəniraq qüvvələr İslam dininin adına da xələl gətirirlər. Əsl dindarlarımız Prezident İlham Əliyev tərəfindən atılan addımları dəstəkləyir və onun siyasətini bəyənirlər. Onlar bu cür şəxslərin öz sıralarına daxil olmasına imkan verməməlidirlər”.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında